Paytaxtın Yasamal rayonunda sakinlərlə səyyar görüş təşkil olunub. Bu haqda 8 iyul tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
52 saylı tam orta məktəbin akt zalında keçirilən tədbirdə İcra başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Ülvi Quliyev yerli sakinləri qəbul edib, onların şikayət və təkliflərini dinləyiblər. Görüşdə Yasamal rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Yasamal bələdiyyəsinin, MKTB və kommunal xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Tədbir zamanı vətəndaşlar sənədsiz evlər, tikinti normaları, yaşıllıqların mütəmadi sulanması, qəzalı evlər, küçələrin işıqlandırılması, sərnişin marşrut xəttləri və bir sıra sosial məsələlərlı bağlı öz fikirlərini bildiriblər.
Sonda Yasamal RİH-nin başçısı Elşad Həsənov sakinləri narahat edən problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib.
[caption id="attachment_51880" align="alignnone" width="800"]
Foto Yasamal Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]