Paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində partlamış su borusu yenidən təmir olunur. Bu haqda bu gün, 14 noyabr tarixində Bakuplus.az xəbər verir.
Hazırda həmin ərazi hasarlanıb, avtomobillərin hərəkətinə qismən məhdudiyyət qoyulub. Küçəyə xüsusi texnika cəlb olunub.
26 oktyabr tarixində adıçəkilən küçədə su borusu partlamışdır. Nəticədə güclü subasma baş vermişdir.
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2022/11/bakuu.mp4"][/video]