Bakının Yasamal rayonu ərazisində yenilənmə tədbirləri davam etdirilir. Bu haqda bu gün, 1 iyun tarixində Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.
Hazırda rayonun müxtəlif ünvanlarında məhəlləarası yollara asfalt örtüyünün çəkilməsinə başlanılıb. Küçə boyu asfaltlanma işləri çərçivəsində zəruri olan yerlərdə köhnə yol örtüyü götürülür, yararsız qrunt qazılır. Daha sonra yeni asfalt örtüyü salınır.
İşlər Yasamal Bələdiyyəsi və Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən həyata keçirilir.
[URIS id=46661]