Paytaxtın Yasamal rayonu A.Salamzadə küçəsində telefon xətləri təmir olunur. Bu haqda bu gün, 24 yanvar tarixində Bakuplus.az məlumat verir.
Rabitənin kəsintisiz fəaliyyətinin təmin edilməsi üçün aidiyyəti qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı işləri görülüb, müxtəlif telefon xətləri ayrılıb və bir-birindən izolyasiya edilib.
Ərazinin sakinləri telefon xəttində nasazlıqlar olduğunu bildiriblər. Bu problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
[URIS id=30750]