Paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsində baş vermiş kommunal qəza nəticəsində bir sıra obyektləri su basıb. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Hazırda hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar və su nasosla kənarlaşdırılır. Əraziyə xüsusi texnika da cəlb olunub.
Bu gün səhər saatlarında adıçəkilən ərazidə 1400 mm-lik su borusu partlayıb. Nəticədə küçədə hərəkət mümkünsüz olub.