Bakıda binanın qara rəngə boyanması ilə bağlı açıqlama verilib. Bu haqda 18 mart tarixində Oxu.az məlumat verib.
Yasamal rayonu, Kazım Kazımzadə küçəsində yerləşən yaşayış binası qara rəngə boyanıb. Bəzi sakinlər iddia edirlər ki, binanın fasadı tez-tez çirklənməsin deyə belə qərar verilib. Binanın fasadının bu cür boyanması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
“Bina Yasamal Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında deyil. Binanın fasadının təzələnməsi barədə qərarı sakinlər özləri veriblər. Binanın fasadının rəngi ilə bağlı ümumi qərarı sakinlər verib, bu onların seçimi olub və müvafiq iş onlar tərəfindən həyata keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri müvafiq Mənzil Tikinti Kooperativinin rəhbərliyi ilə əlaqə saxlayıb və binanın fasad rənginin şəhərin ümumi görünüşünə uyğun olmadığına dair öz iradını bildiriblər”, - qurum yayılan xəbərə münasibət bildirib.