“Azərsu” ASC Yasamalda yaşayış binalarının su təchizatı sistemlərini yeniləyir. Bu haqda 15 mart tarixində qurum məlumat verib.
“Azərsu” ASC Bakının Yasamal rayonunda çoxmənzilli yaşayış binalarının su təchizatı sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Bakıxanov, Bəsti Bağırova və Murtuza Muxtarov küçələri, İnşaatçılar prospekti, eləcə də Yeni Yasamal yaşayış massivi, 1 ünvanlarında su təchizatı sistemlərini yeniləyir.
Yeni layihəyə əsasən, binaların həyətlərindən 500 metr uzunluğunda su xətləri çəkiləcək və binaların giriş xətlərinə birləşdiriləcək. Layihə çərçivəsində 310 evə birləşmə verilərək sayğaclar quraşdırılacaq və sakinləri 24 saat içməli su ilə təmin etmək mümkün olacaq.
Həmçinin Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 9 çoxmənzilli yaşayış binasında 600 metr uzunluğunda su xətləri çəkiləcək. Yeni sistem 350-dək mənzildə sakinləri 24 saat içməli su ilə təmin etməyə imkan verəcək.
[URIS id=37038]