Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirilib. Bu haqda bu gün, 1 aprel tarixində Report məlumat verib.
Aksiyada Baş Dövlət Yol Polisi İdarəsinin şəxsi heyəti iştirak edib.
Yığılan qan ehtiyatı yoxlanıldıqdan sonra talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.