Ötən ilin noyabr ayında avtomobillə vurulan 16 yaşlı Ümüd Əhmədov ötən gün vəfat edib. Bu haqda bu gün, 5 iyul tarixində Bakuplus.az Bizim.Media-ya istinadən məlumat verir.
Gəncin anası Qızılgül Quliyevanın sözlərinə görə, övladının xəstəliyinə əlac tapılmışdı və o, sağalmağa çox yaxın idi. Lakin Ümüdün yaşamağa gücü qalmadığından ürəyi dayandı.
Gənc oğlan qəzadan sonra “Medera Hospital”da müalicə almışdı. Anası iddia edir ki, xəstəxanada əməliyyat zamanı onun nəfəs borusu və qida borusunun arası yırtılıb.
Əməliyyata və müalicəyə 180 min manat xərclədiyini deyən ana övladının 7 aydan artıq bir qurtum su içmədiyini, uşağın çəkisinin 90 kq-dan 20 kq-a düşdüyünü bildirib.