Yollarda təmizlik işlərini aparan xadimələr həyatlarını qorumağa çalışsalar da, ötən gün Aeroport şosesində təmizlik işini aparan 55 yaşlı Pəri Məmmədovanı avtomobil vuraraq öldürüb. Çoxsaylı analoji hallara baxmayaraq, Bakı küçələrində bu günə kimi xüsusi texnikanın əvəzinə canlı qüvvə istifadə olunur. Bu haqda bu gün, 31 oktyabr tarixində Bakuplus.az ATV Xəbər-ə istinadən xəbər verir.
Əldə olunan məlumata əsasən, hər xadimənin qırmızı rəngdə xəbərverici arabası olur. Sürücülərin təmizlikdən xəbərdar olmaları üçün onlar arabanı yanlarında daşıyırlar. Həmçinin bütün işçilərin üzərində açıqrəngli fərdi geyim var.
Xadimələr bildiriblər ki, avtomobilər yüklsək sürətlə hərəkət edirlər. Elə anlar olur ki, onlar qorunmaq üçün özlərini səkiyə atırlar.
Bakı şəhər Mənzil-Kommunal Təssərrüfat departamentindən məlumat verilib ki, paytaxtda yol kənarlarının süpürülməsi üçün kifayət qədər texnika var. Lakin həmin texnikalar pik saatlarda yollarda sıxlıq yaratdığından yalnız müəyyən saatlarda yollarda istifadə olunur. Bu səbəbdən xanımların əməyindən istifadə vacibdir.