top
Yolsuz və susuz qalan Sabunçu rayon sakinləri: qurumlar açıqlama verib
15 iyun 2022, 06:10
- ↺ +

Yolsuz və susuz qalan Sabunçu rayon sakinləri: qurumlar açıqlama verib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabunçu rayon sakinləri keçmiş Xanlar, indiki Hüseynqulu Sarabski küçəsinin vəziyyətindən narahatdırlar. Bu haqda 15 iyun tarixində Bakuplus.az RealTV-yə istinadən xəbər verir.

Həmçinin sakinlər içməli su sarıdan da əziyyət çəkirlər.

“Bizim küçəyə suyu verirlər iki gündən bir, qışda verirlər saat yarım, yayda isə iki saat. Evdə iki ailə yaşayırıq, uşaqlı evik, biz suyu çatdıra bilmirik. İşdən gəlirik, əlimizi yumağa su tapmırıq”, - sakinlərdən biri şikayətini bildirib.

Sakinlər bildirir ki, sözügedən küçəyə kanalizasiya xəttini özləri çəkib. Buraya həmçinin sakinlər tərəfindən 10 il öncə müəyyən miqdarda pul yığılaraq içməli su xəttidə çəkilib. Daha sonralar həmin xəttə əlavə xəttlərdə qoşulub ki, nəticədə indiki problem yaranıb.

Burada məhəllədaxili yollar da təmirsiz və pis vəziyyətdədir.

“Məhəllənin sağına da, soluna da asfalt çəkilib, yalnız bu küçədən başqa”, - deyə vətəndaşlar qeyd ediblər.

Məsələ ilə bağlı Sabunçu bələdiyyəsi bildirib ki, rayon ərazisində belə yollar çoxdur və mütəmadi olaraq həmin yollar bələdiyyənin daxili planına salınır, təmiri həyata keçirilir. Eyni zamanda bildirilib ki, sözügedən küçədə tezliklə asfaltın çəkilməyi nəzərdə tutulub.

Küçənin içməli su problemi ilə bağlı “Azərsu” ASC bildirib ki, ərazi təsdiq olunmuş qrafik əsasında içməli su ilə təmin olunur. Həmçinin orada mərkəzləşmiş kanalizasiya şəbəkəsinin yaradılmadığını, fərdi qaydada vətəndaşlar tərəfindən qurulmuş xətlərdən istifadə olunduğu bildirilib.  İdarənin mətbuat katibi Anar Cəbrayıllı onu da əlavə edib ki, Abşeron yarımadasının baş planında mərkəzləşmiş şəbəkənin yaradılması nəzərdə tutulub.

Son xəbərlər

Xəbər
Bu gün, 14:18

Bakıda ailəvi istirahətə 50 manat kifayət edərmi? Qiymətləri araşdırdıq

Xəbər
Bu gün, 13:46

Almaniyanın SSRİ-yə hücum edəcəyi barədə xəbər verən bakılı casusun anım günüdür

Xəbər
Bu gün, 12:33

Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü

Xəbər
Bu gün, 11:52

Neft Daşlarında ilk quyunun fontan vurmasından 77 il ötür

Xəbər
Bu gün, 10:53

Xətai rayonunda ağaclar gecə saatlarında kökündən çıxarıldı? - İDDİA

Xəbər
Bu gün, 10:04

Səkkiz il işsiz qalan, Tacikistandan balerina qaçıran Xalq artisti - Sənətkarın ad günüdür

Xəbər
Dünən, 17:54

Sağlamlıq mərkəzinin rəhbərindən 30 min tələb edən qazi azadlığa buraxıldı

Aktual Xəbərlər
Dünən, 16:21

Dəmir Yolları bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Aktual Xəbərlər
Dünən, 15:14

Vergi Məcəlləsinə dəyişiklikdən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir

Siyasət
Dünən, 14:26

Prezident və birinci xanım Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Xəbər
Dünən, 13:45

Bakıda 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı

Xəbər
Dünən, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Dünən, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Dünən, 11:02

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Dünən, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Dünən, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Dünən, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Dünən, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
05 noyabr 2026, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
05 noyabr 2026, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
05 noyabr 2026, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
05 noyabr 2026, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
05 noyabr 2026, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
05 noyabr 2026, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Oxşar xəbərlər