Türkiyədəki zəlzələdə zərər çəkmiş şagirdlər Bakıya gətiriliblər. Bu haqda bu gün, 27 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Zəlzələ bölgəsindən gələn 23 şagird təhsilini Bakıda davam etdirəcək. Onlar Bakı Anadolu Liseyinə və Bakı Atatürk Liseyinə yerləşdiriliblər.
Həmçinin Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib ki, zəlzələ bölgəsindən şagirdlərin Bakıdakı təhsil müəssisələrində təhsilə cəlb edilməsi prosesi davam edəcək.