Bakıdakı “Zefir Mall” ticarət mərkəzində uşaqlar üçün "Oyun festivalı" baş tutacaq. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az məlumat verir.
Tədbir 29 aprel saat 15:00-da başlayacaq. Festivalda uşaqları popkorn, şirin pambıq, xodulist, musiqi gözləyir.
Giriş və iştirak ödənişsizdir. Ünvan: Bakı Dairəvi yolu, 8, MİDA Yasamal Yaşayış Kompleksi.