top
26 Bakı komissarı: Sovet dövründə “qəhrəman” sayılan dəstənin əsl tarixi
24 sentyabr 2021, 02:20
- ↺ +

26 Bakı komissarı: Sovet dövründə “qəhrəman” sayılan dəstənin əsl tarixi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

103 il əvvəl Krasnovodsk (indiki Türkmənbaşı, Türkmənistan) yaxınlığında Bakını bir zamanlar idarə edən bir qrup bolşeviklər edam olunmuşdur. Bu qrup, “26 Bakı komissarları” adı ilə tarixə düşüb. Komissarların ölümünə səbəb olan hadisələrin xronologiyasını sizə təqdim edirik:

Mart 1918-ci il: Azərbaycanda Mart soyqırımı hadisələrindən sonra, Bakıda siyasi vəziyyət bolşeviklərin xeyrinə dəyişib. Soyqırımdan sonra şəhərdə, demək olar ki, azərbaycanlı qalmamışdı.

Aprel 1918-ci il: Aprelin 25-də hakimiyyət orqanı kimi Bakı Xalq Komissarları Soveti (BXKS) yaradıldı. BXKS-nin sədri vəzifəsinə Stepan Şaumyan seçildi. BXKS-nin əksərriyəti ermənilərdən və onlarla sıx əməkdaşlıq edən rus bolşeviklərindən ibarət idi. Onlar, neft sənayesinin və Bakı banklarının milliləşdirilməsini həyata keçirdi, Moskvanın xəbəri olmadan böyük sərvəti mənimsədi.

Avqust 1918-ci il: Qafqaz İslam Ordusu Bakı istiqamətində hərəkət edir. Bunu oyrənən BXKS-nın üzvləri əllərində olan böyük məbləğdə pul vəsaiti ilə şəhəri tərk etmək qərarına gəlirlər. Hakimiyyət, eserlərdən (Sosialist İnqilabçılar Partiyası), menşeviklərdən ibarət Sentrokaspi diktaturasının əlinə keçir. 17 avqust Sentrokaspi diktaturası 35 komissarı həbs edir və Bayıl türməsinə yerləşdirir. Onlar siyasi səbatsızlıqda, fəaliyyətsizlikdə, şəhəri müdafiəsiz qoymaqda ittiham edilirlər.

Sentyabr 1918-ci il: Türk qoşunlarının Bakıya girməsi ərəfəsində, Bakı İttifaqının üzvü Anastas Mikoyan, komissarların azad edilməsini istəyir və onları Petrovskda (Rusiyanın şəhəri) məhkəməyə təhvil vermək məsuliyyətini öz üzərinə götürür. 14 avqust komissarlar həbsdən azad edilir və Həştərxana (Rusiya) yollanan “Türkmən” gəmisi ilə yola düşürlər. Lakin gəmi yanacaq azlığından eserlərin əlində olan Krasnovodska istiqamət götürür. Ehtimal olunur ki, sentyabrın 16-17-si Krasnovodska çatan komissarlar burada həbs ediliblər. Sentyabrın 19-dan 20-nə keçən gecə onlar, qatarla Ağcaqum çölünə (Türkmənistan) gətirilirlər və burada edam edilirlər.

Sentyabr 1920-ci il: Bolşeviklər Azərbaycanı işğal etdikdən sonra, komissarların cəsədləri Bakıya gətirilir və burada, indiki Sahil bağında torpağa təslim edilir. Bağ "26 Bakı komissarı" adlandırılır.

Yanvar 2009-cu il: 26-lar bağında yenidənqurma işləri aparılan zaman məzarlar açılır. Orada 26 cəsəd deyil, 23 qalığın olduğu aşkarlanır. Cəsədlər Suraxanı rayonunun Hövsan qəbiristanlığına köçürülür. Bu qalıqların həqiqətdə kimə məxsus olması indiyə kimi məlum deyil.

Mənbələr:


  1. Эльдар Исмаилов. Степан Шаумян: Обреченный на забвение. Баку - 2011

  2. Памяти 26 Бакинских комиссаров. Баку - 1968.

  3. https://azertag.az/xeber/26_BAKI_KOMISSARI_GULLALANAN_ZAMAN_STEPAN_SAUMYAN_ONLARIN_ARASINDA_OLMAMISDIR-467088


 

Son xəbərlər

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
04 noyabr 2026, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
04 noyabr 2026, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
04 noyabr 2026, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
04 noyabr 2026, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər