top
600 yaşı olan abidə: Səngəçal karvansarayı
22 aprel 2023, 07:30
- ↺ +

600 yaşı olan abidə: Səngəçal karvansarayı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səngəçal karvansarayı Bakı şəhəri Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində yerləşir. Abidə orta əsrlərə aid edilir.

Binanın şimal divarında yerləşən kitabədə ərəb dilində bu sözlər həkk olunub: “Böyük Sultan Xəlilullah, Allah onun hakimiyyətini uzatsın, bu binanı (imarəti) inşa etməyi əmr etdi, səkkiz yüz qırx üçüncü il (1439-1440)”.

Karvansaray Bakı-Salyan qədim karvan yolunda tikilmişdir. 1970-ci illərdə Viktor Kvaçidzenin rəhbərlik etdiyi tədqiqatlar nəticəsində binanın yaxınlığında yerləşən buxtada, orta əsrlərə aid bir neçə daş lövbər aşkar edilmişdir. Bu, karvansarayın yalnız quru yol ilə gedən karvanları deyil, dəniz yolu ilə gələn tacirləri və dənizçiləri də qəbul etdiyini göstərmişdir.  [https://1news.az/news/20200603031327756-Nuzhen-li-Azerbaidzhanu-karavan-sarai-epokhi-Zhanny-d-Ark-FOTO] 

Tikili mişar daşından düzbucaqlı formada inşa edilib və ikimərtəbəlidir. Binanın qalın divarları və quruluşu onu çöl tərəfdən istehkama bənzədir. Binanın hovuzu olan üstüaçıq həyəti var. Həyət təcrid olunmuş otaqlarla əhatə olunub. Otaqların bir hissəsi tacirlər üçün nəzərdə tutulubmuş, digərlərində isə heyvanlar və mallar saxlanılıb. Girişdən sağda və solda ikinci mərtəbəyə çıxmaq üçün daş pilləkənlər hörülüb. [Бретаницкий Л.С. Зодчество Азербайджана XIII – XV вв. и его место в архитектуре Переднего Востока. Москва-1966] [Фатуллаев-Фигаров Ш. С. Зодчество Апшерона. Баку-2013]

Fasadın mərkəzi hissəsində - tağlı girişin üstündə üç kiçik otaq olub. Ehtimal edilir ki, “balaxanə” adlanan bu otaqlar karvansaraya gələn nüfuzlu insanlar üçün nəzərdə tutulub. Bina yaxınlıqda yerləşən çay və iki ovdan vasitəsilə su ilə təmin olunub. XIX əsrin birinci yarısında burada olmuş rus şərqşünası İlya Berezin Səngəçal karvansarayını “təmiz suyu olan yeganə yer” kimi qeyd edir. [Березин И.Н. Путешествие по Дагестану и Закавказью. Казань-1849] 

XIX əsrdə karvan yolları əhəmiyyətini itirəndən sonra karvansaray fəaliyyətini dayandırmışdır.  [Azərbaycan Sovet Ensiklopediyası. VIII cild. Bakı-1984] 

Yerli əhalinin sözlərinə görə, 1990-cı illərdə karvansaray restoran kimi fəaliyyət göstərib. Bu zaman binanın ilkin görünüşü dəyişdirilib. Restoran fəaliyyətini dayandırdıqdan sonra bina baxımsız vəziyyətə düşüb. [https://1news.az/news/20200603031327756-Nuzhen-li-Azerbaidzhanu-karavan-sarai-epokhi-Zhanny-d-Ark-FOTO] 

Səngəçal karvansarayı ölkə əhəmiyyətli abidə hesab edilir.

[URIS id=98156]

Son xəbərlər

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
04 noyabr 2026, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
04 noyabr 2026, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
04 noyabr 2026, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
04 noyabr 2026, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər