top
Adriano Çelentanoya bənzədilən aktyor Əsgər Məmmədoğlu
06 iyul 2023, 07:36
- ↺ +

Adriano Çelentanoya bənzədilən aktyor Əsgər Məmmədoğlu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Aktyor Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakıda anadan olub. O, aktyor Adriano Çelentanoya bənzədiyi üçün onu “Azərbaycanın Çelentanosu” adlandırırdılar.

Əsgər aktyor olacağına 14-15 yaşlarında Akademik Milli Dram Teatrında Şekspirin “Qış nağılı”na, Cəfər Cabbarlının “Almaz”ına baxdıqdan sonra qərar verib. O, 1975-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirib. Aktyor 1977-ci ildə Azdramanın artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram Teatrında fəaliyyət göstərib, bir müddət sonra isə Tədris Teatrına keçib. 1987-ci ildə yenidən Azdramaya qayıdıb və onun səhnəsində müxtəlif rolları oynayıb. [Kaspi.- 2015.-23 dekabr. S. 12] [Mədəniyyət.- 2021.- 10 fevral. S. 1;6]

Əsgər Məmmədoğlu “Evləri köndələn yar”, “Qatarda”, “Yaşıl eynəkli adam” tamaşalarında, “Qərib cinlər diyarında”, “Yol əhvalatı”, “Alma almaya bənzər” kimi filmlərdə rolları canlandırıb. [Kaspi.- 2015.-23 dekabr. S. 12] [https://kulis.az/news/36152]

Aktyor, xüsusilə “Bəyin oğurlanması” filmindəki Ələsgər obrazı və onun “nə var e, Ələsgər, Ələsgər” sözləri ilə məşhurlaşıb. O, 1980-ci ildə Alen Delonun da çəkildiyi “Tehran-43” filmində rol alıb. Lakin onun çəkildiyi bir çox səhnələr filmdən çıxarılır və aktyor “bu film olduğu kimi yayımlansaydı, mən bütün ittifaqda məşhur idim” sözlərini deyir. [https://kulis.az/news/36152]

Sənətkar baş rollarda oynamağı sevmirdi, böyük rolları əzbərləməyin, oynamağın zülm olduğunu deyirdi: “Bir tamaşada rolum 20 dəqiqə idi, əzbərləyənə kimi yoruldum. Mənimki elə budur, girim tamaşaya, tamaşaçının əhvalını qaldırıb çıxım”. Ömrünün sonunadək bu amalına sadiq qalıb. [Kaspi.- 2015.-23 dekabr. S. 12] [https://news.milli.az/showbiz/419930.html] 

Əsgər Məmmədoğlu Əməkdar artist adına layıq görülüb. [Kaspi.- 2015.-23 dekabr. S. 12] 

Əsgər Məmmədoğlu 21 dekabr 2015-ci ildə vəfat edib və Bakının “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər