top
Azərbaycanın ilk memorial muzeyi: Səməd Vurğunun evi
11 yanvar 2024, 08:00
- ↺ +

Azərbaycanın ilk memorial muzeyi: Səməd Vurğunun evi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səməd Vurğunun Ev-Muzeyi Bakının T. Əliyarbəyov küçəsi, 6 ünvanında yerləşir. 1974-cü ildə Respublika hökumətinin qərarı ilə yaradılan muzeyin 6 oktyabr 1975-ci ildə təntənəli açılışı olmuşdur. Bu, Azərbaycanda yazıçı və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir. [https://www.kaspiy.az/tri-pisatelya-odin-muzej]  

Muzey 1896-cı ildə xeyriyyəçi Hacı Hacıağa oğlu Ağa Yusif Dadaşov tərəfindən inşa edilmiş yaşayış binasının III mərtəbəsində, altıotaqlı mənzildə yerləşir. Səməd Vurğun ömrünün son illərini bu mənzildə yaşamışdır.

Muzeyin fondu şairin həyat yoldaşı Xavər xanımın verdiyi materiallar əsasında qurulmuşdur. Muzeyin ekspozisiyası 5 otaq və dəhlizlərdən ibarətdir. Muzeydəki üç otaq - şairin qonaq otağı, iş və yataq otaqları olduğu kimi qorunub saxlanılır.

Qonaq otağındakı royalda vaxtı ilə Səməd Vurğunun əvvəlki mənzilində tez-tez qonaq olmuş Azərbaycan milli operasının banisi Üzeyir Hacıbəyov, eləcə də məşhur bəstəkarlardan Q.Qarayev, F.Əmirov, S.Rüstəmov öz əsərlərini ifa etmişlər. Burada 1944-cü ildə Xalq rəssamı M.Abdullayev tərəfindən şairin ilk naturadan çəkilmiş portreti nümayiş etdirilir. Qiymətli eksponatlar arasında bir saat da var. Səməd Vurğun dünyasını dəyişdiyi zaman - saat 20:30-da şairin həyat yoldaşı Xavər xanım həmin saatı dayandırmışdır. [Səməd Vurğunun Ev-Muzeyi | Icomaz.az]  

Şairin iş otağında yerləşən yazı stolunun üstündə şairin son əlyazmaları, papirosları, avtoqələmi, həyat yoldaşı ilə övladlarının birgə çəkdirdikləri fotoşəkil və şairin ən çox sevdiyi bənövşə gülünün rəmzi kimi kiçik səbətdə süni bənövşə qoyulmuşdur. Vurğunun “Vaqif”, “Fərhad və Şirin”, “İnsan”, “Aygün” və başqa əsərləri bir zamanlar bu yazı stolunun arxasında ərsəyə gəlmişdir. [Səməd Vurğunun Ev-Muzeyi 100. Bakı-2006]

2015-ci ildə muzeydə şairin oğulları - Xalq yazıçısı Yusif Səmədoğluna və Xalq şairi Vaqif Səmədoğluna həsr olunan ekspozisiyalar yaradılmış, bunun nəticəsində muzeyin fondu onların həyat və yaradıcılığını əks etdirən materiallarla daha da zənginləşmişdir. Hal-hazırda muzeyin fondunda Səməd Vurğuna, Yusif Səmədoğluya, Vaqif Səmədoğluya aid xatirə əşyaları, nadir fotolar, rəsm əsərləri, əlyazmaları, hədiyyələr, tədqiqat əsərləri və sairə materiallar saxlanılır. 2017-ci ildə eksponatların ümumi sayı 17000-ə qədər artırılmışdır. [https://www.kaspiy.az/tri-pisatelya-odin-muzej] 

Muzeydə hər ilin 27 may tarixində şairin anım gününə həsr olunan “Xatirə günü” keçirilir.

[URIS id=125919]

Son xəbərlər

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Oxşar xəbərlər