top
Bakı adı necə əmələ gəlib: sözün fərqli dillərdə mənası
11 sentyabr 2021, 02:00
- ↺ +

Bakı adı necə əmələ gəlib: sözün fərqli dillərdə mənası

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakı toponiminin qədimliyi haqqında məlumatlardan birinə, ingilis arxeoloq Viliam Flinders Pitrinin kitabında rast gəlmək olar. Deyilənə görə, Bakı sözü, e.ə. III minilliyinə aid Misir mifologiyasında əksini tapmış, "Bakhav" toponiminindən əmələ gəlib. Sözün kökü olan "Baka" — "Günəşin doğulduğu yer" və ya "Səhər şəfəqi" deməkdir.

İran tarixçisi Əhməd Kəsrevi VII-VIII əsrin yazıçılarının məlumatlarına əsaslanaraq, “Bakı”-nın “Baqavan” (Baqa-Allah, an və van-məkan) fars sözündən əmələ gəldiyinə inanır və bu sözün mənasını "Allahın şəhəri" və ya "Allahın yeri" olaraq izah edirdi. Tarixçiyə görə, şəhər, atəşpərəstlərin əsas məbədlərindən birinin burada yerləşdiyi üçün belə adlandırılmışdır. "Baquan", "Atşi (atəşi) Baqavan" və ya "Atşi Baqvan" kimi versiyalara da rast gəlmək olar.

XVI-XVII əsrlərdən başlayaraq bəzi fars mənbələrdə "Bakı"-nın yeni "Badi Kubə" yazı forması ortaya çıxmışdır. Söz, farsca "bad" (külək, yel) və "kubidan" (vurmaq, zərbə yetirmək) sözləriylə açıqlanır, tərcümədə "Küləklər şəhəri" mənasını verir.

Coğrafiya elmləri doktoru Budaq Budaqov iddia edirdi ki, şəhərin adı lak dilinin "baki" (təpə) sözündən əmələ gəlir. "Təpə" mənasında qədim türkcədə də "baqu" sözü mövcuddur. Bu hipotezə görə, Bakı təpələr üstündə salındığından, şəhərin də adı bu sözdən götürülmüşdür.

Bəziləri, bu toponimi eramızın VII əsrində, bu ərazidə yaşamış "bakan" tayfası ilə əlaqələndirir. Bəziləri isə “Bakı” sözünün ərəbcə "sonsuz", "əbədi", "qalan", "varlığı daim olan", türkcə isə "toxunulmaz" və "müqəddəs" anlamını verən "Bakıy" etnonimindən əmələ gəldiyinə inanır.

Mənbələr:


  1. C. Ашурбейли, «Очерк. История средневекового Баку», 1964

  2. C. Ашурбейли, История города Баку, 1992

  3. Очерк истории средневекового Баку: XIII-начало XIX вв, 1964

  4. http://femida.az/en/news/11932/%E2%80%9CBak%C4%B1%E2%80%9D-ad%C4%B1n%C4%B1n-etimalogiyas%C4%B1


 

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Oxşar xəbərlər