top
Bakıda 28 il əvvəl dünyanın ən dəhşətli metro qəzası baş verib
28 oktyabr 2023, 03:32
- ↺ +

Bakıda 28 il əvvəl dünyanın ən dəhşətli metro qəzası baş verib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

28 oktyabr 1995-ci ildə axşam saat 18:00 radələrində Bakı metropoliteninin “Ulduz” stansiyasından “Nərimanov” stansiyası istiqamətində hərəkət edən qatarda yanğın baş verib. Stansiyaların arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq) həlak olub, 270 nəfər isə yaralanıb. Bununla bağlı ölkədə 3 günlük matəm elan olunub. Hadisə dünyada ən dəhşətli metro qəzası kimi “Ginnesin rekordlar kitabı”na daxil edilib.

Yanğının əsas səbəbi kimi köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı və maşinistin səhv qərar verməsi göstərilib. Qatarın dartı mühərrikində baş vermiş alışma qısa bir zamanda digər vaqonlara da yayılıb. Özünü itirən maşinist yanan qatarı tuneldə saxlayıb, sərnişinlər isə vaqonlardan çıxıb qaçmağa çalışıblar.

Təxliyəsinin çətinləşməsi nəticəsində insanların çoxu həm qatarın içərisində, həm də tuneldə vaqonların yanmasından əmələ gələn zərərli maddələrdən zəhərlənib. Bir neçə nəfər vaqondan çıxandan sonra elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Həlak olanların sırasında yanğının söndürülməsi ilə məşğul olan bir neçə xilasedici də olub. Sərnişinlərdən biri, hadisə nəticəsində həlak olmuş Çingiz Babayev digər sərnişinləri xilas etdiyinə görə Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb, kursantlar: 15 yaşlı Nicat Mürvət oğlu Səfərov, hələ 17 yaşı tamam olmamış Ruslan Məmməd oğlu İsayev və Samir Nadir oğlu Məmmədov “İgidliyə görə” medalı ilə təltif olunublar. “Ulduz” metro stansiyasında Çingiz Babayevin büstü qoyulub.

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər