top
Bakının azad olunmasından 103 il keçir
15 sentyabr 2021, 02:08
- ↺ +

Bakının azad olunmasından 103 il keçir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etmişdir. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunmuş, həm də ermənilərin, bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulmuşdur.

8-10 sentyabrda Qafqaz İslam ordusu Bakı cəbhəsinə yetişmişdir. Bakının azad olunmasında Xüsusi Azərbaycan Korpusunun komandiri, general-leytenant Əliağa Şıxlinski, Nuru Paşa ilə bərabər iştirak etmişdir.

Erməni Milli Şurasının üzvləri şəhəri mühasırə edən Türk-Azərbaycan qoşunlarının yalnız bir alaydan ibarət olduğu və onların da tezliklə məğlub ediləcəyi barədə bəyanatlar verirdilər. Bakı əhalisi kütləvi şəkildə səfərbərlik adı altında kazarma­lara doldurulur, Sentrokaspi" ordusuna məcburi göndərilirdilər. Lakin yerli sakinlər bu səfərbərliklə razılaşmırdı.

Bakı şəhərinə hücum sentyabrın 13-dən 14-nə keçən gecə saat 01:00-da başladı. Bu zaman general Lionel Denstervilin rəhbərliyi altında, Britaniya ordusu erməni-bolşevik dəstələrini dəstəkləyirdi. Döyüşlərin gedişinə toxunan ingilis general yazırdı: "İki aeroplan hücum edən türkləri pulemyotlardan atəşə tutur və bombalar atırdı". Daha sonra ingilis qoşunlarının Bakıdan təxliyyə olunduğunu bildirən general etiraf edir: "Türk güllələrinin deşik-deşik elədiyi iki aeroplanı, sıradan çıxardıq". Britaniya ordusu, 14 sentyabrda şəhəri gəmilərlə tərk etmişdir. Tezliklə Sentrokaspi diktaturası hökuməti də şəhərdən qaçmışdır.

Sentyabrın 15-də gündüz Bakıda İran, Amerika, İsveç, Danimarka konsullarının vasitəsilə şəhərin hakimiyyət orqanları və 5-ci Qafqaz divi­ziyasının komandanlığı arasında danışıqlar aparılmışdır. Şəhər orqanlarının nümayəndələri qarşısında Bakını təslim etmək tələbi qoyulmuşdur.

Sentyabrın 16-da səhər tezdən Qafqaz İslam Ordusunun qüvvələrinin rəsmi keçidi baş tutmuşdur. Şəhər əhalisi küçələrə çıxaraq ordunu qarşılayırdı.

Bu qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb.

Bakı şəhərinin azad edilməsi zamanı 800-1000 nəfər türk hərbçisi şəhid olmuşdur.

Mənbələr:


  1. Süleymanov M. S. Azərbaycan Ordusu: 1918-1920. Bakı. 1998

  2. Волхонский М., Муханов В. По следам Азербайджанской Демократической Республики. — М.: Европа, 2007

  3. https://axc.preslib.az/az/page/4QtMe3OaiU


[caption id="attachment_6938" align="alignnone" width="602"]Foto "Xilaskar ordu" kitabından Foto "Xilaskar ordu" kitabından[/caption]

[caption id="attachment_6937" align="alignnone" width="696"]Foto "Xilaskar ordu" kitabından Foto "Xilaskar ordu" kitabından[/caption]

[caption id="attachment_6936" align="alignnone" width="621"]Foto "Xilaskar ordu" kitabından Foto "Xilaskar ordu" kitabından[/caption]

[caption id="attachment_6935" align="alignnone" width="696"]Foto "Xilaskar ordu" kitabından Foto "Xilaskar ordu" kitabından[/caption]

[caption id="attachment_6934" align="alignnone" width="696"]Foto "Xilaskar ordu" kitabından Foto "Xilaskar ordu" kitabından[/caption]

[caption id="attachment_6933" align="alignnone" width="696"]Foto "Xilaskar ordu" kitabından Foto "Xilaskar ordu" kitabından[/caption]

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Oxşar xəbərlər