top
Bakının ilk teatr binası: Tağıyev teatrı
07 yanvar 2023, 04:47
- ↺ +

Bakının ilk teatr binası: Tağıyev teatrı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

XIX əsrdə inşa edilmiş Tağıyevin teatrı Bakının ilk teatr binası hesab edilir. Bu bina Zərifə Əliyeva prospekti, 8-də yerləşirdi.

XIX əsrin sonlarında teatr tamaşaları yerli əhali arasında məşhurluq qazananda şəhərdə teatr binası yox idi. Bu şəraitdə milyonçu Hacı Zeynalabdin Tağıyev Bakıda bina inşa etdirməyə qərar verir. Birinci layihənin memarı Xrisanf Vasilyev idi. Binanın inşasına mühəndis Ferdinand Lemkul nəzarət edirdi. 1883-cü ilin sonlarında teatrın inşası tamamlandı. O zamanlar binanın tutumu 578 nəfər təşkil edirdi. [Fətullayev Şamil. XIX əsr - XX əsrin əvvəllərində Azərbaycanda şəhərsalma və memarlıq. Bakı-2013]

Bina çoxsaylı təmir və yenidənqurma işlərinə məruz qalmışdır. 1891-ci ildə burada elektrik işıqlandırma quraşdırılmış, lakin teatr daim istifadə olunduğundan qısa zamanda yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən Tağıyev teatr binasını dağıtmaq qərarına gəldi. Bundan xəbər tutan Bakının işgüzar adamları yeni teatr binası inşa etmək üçün səhmdar cəmiyyəti yaratdılar. Yeni teatrın tikintisi haqqında gedən söhbətlər Tağıyevi öz teatrı ilə məşğul olmağa vadar etdi.

Teatrın yenidənqurma işləri 1898-ci ildə mülki mühəndis Koqnovitskiyə tapşırılıb. Lakin layihə uğursuz olub. Sonra milyonçu memar Qoslavskini dəvət edib. Onun rəhbərliyi ilə teatr əsaslı təmir olunub, tamaşaçı zalında yerlərin sayı 1200-ə çatdırılıb. Sonrakı illərdə də təmir işləri keçirilib. Hətta 1906-cı ildə müsəlmanlar üçün iki böyük pərdələnmiş loja inşa olunub. [https://azerhistory.com/?p=16686]

1908-ci ildə məhz bu binada Azərbaycanın ilk operası - Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” əsəri tamaşaya qoyulmuşdu. [Qılman İlkin. Bakı və bakılılar. Bakı-2006]

1909-cu ildə teatrda yanğın baş vermişdi. Yanğından sonra Tağıyev əvvəlki ikimərtəbəli teatr binasının yerinə üçmərtəbəli, daha tutumlu bina inşa etməyə qərar verib. İkinci mərtəbədə çay bufeti, ümumi bufet üçün tikili və xüsusi geniş zal-foye əlavə edilib. Tikinti işləri 1910-cu ildə başa çatıb. 1912-ci ildə Tağıyev teatrında sinematoqraf açılıb.

1918-ci ildə Tağıyev teatrı yenidən yanır, binanın yalnız beton karkası qalır. Teatr sovet dövründə, 1921-1922-ci illərdə bərpa olunur. Binanın layihəsi Bakının baş memarı Zivər bəy Əhmədbəyov tərəfindən hazırlanır. 1960-cı illərə qədər burada indiki Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yerləşirdi. Sonralar binada Musiqili Komediya Teatrı fəaliyyət göstərirdi.

1980-cı illərdə tikili yararsız vəziyyətə düşür və 1988-ci ildə dağıdılır. 1996-1998-ci illərdə bina yenidən inşa edilir. O vaxtdan bu günə kimi burada Azərbaycan Dövlət Akademik Musiqili Teatrı fəaliyyət göstərir. [Театр Г.З.А. Тагиева в Баку — OurBaku]

[URIS id=86052]

Son xəbərlər

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Oxşar xəbərlər