top
Bakının ən məşhur şirniyyat mağazası
13 aprel 2023, 09:30
- ↺ +

Bakının ən məşhur şirniyyat mağazası

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

XX əsrin əvvəllərində Bakıda Torqovıy (indiki Nizami) küçəsində, keçmiş “Vətən” kinoteatrı ilə üzbəüz şəhərin ən məşhur şirniyyat mağazası yerləşirdi. Bu dükan şamaxılı tacir Mirzə Tağıyevə məxsus idi. Xalq arasında onu “alman mağazası” adlandırırdılar.

Tacir Tağıyev mağaza üçün malları Moskvadan, Peterburqdan, Varşavadan, Parisdən alardı. O, tort və pirojna üçün krem hazırlamaq məqsədilə Abşeron adalarından səbət dolusu qağayı yumurtası gətizdirərdi. Mağaza narın üyüdülmüş və yüksək keyfiyyətli unla təmin edilirdi. Məmulatlar şəhərin tanınmış şirniyyatçıları tərəfindən hazırlanırdı. [Manaf Süleymanov. Eşitdiklərim, oxuduqlarım, gördüklərim. Bakı-1987]

Mağaza o qədər məşhur idi ki, bura həmişə müştərilərlə dolu idi. Evlərə gündə yüzlərlə sifariş yollanardı. Mağazadan mallar digər quberniyalara, hətta imperator Aleksandrın özünə də göndərilirdi. [http://regionplus.az/az/articles/view/4908] 

M.Süleymanovun kitabından: “Burada irili-xırdalı metal və karton konfet qutularının bəzəyi, görkəmi insanı cəlb edərdi, xoş ətir verərdi…Satıcı qızlar gözəllikdə, xoş rəftarda bir-biri ilə bəhs edərdilər… müştəri heç vaxt əliboş bayıra çıxmaz, mütləq bir şey alardı. Hələ o qızların libasları... Saçlarının bəzəyi, bağladıqları rəngarəng ipək lentlər heyrətamiz idi”.  [Manaf Süleymanov. Eşitdiklərim, oxuduqlarım, gördüklərim. Bakı-1987]

Sovet dövründə şirniyyat mağazası fəaliyyətini bərpa etmişdir. Yerli əhalinin sözlərinə görə, burada köhnə adət-ənənələri qorumağa çalışsalar da, mağaza öz görkəmini itirmişdir.

“1950-ci illərin əvvəllərində atamla buraya gəlirdim. Müxtəlif delikateslərlə dolu vitrinləri xatırlayıram…Çox güman ki, burada təqdim olunan, məhsulların çoxu saxta idi və sovet işçisində bolluq görüntüsü yaratmalı idi. Binanın içərisində - boyalı divarlar və tavan. Rəflərdə düzülmüş qutuların arasında “Qırmızı oktyabr”, “Burevestnik”, “Bolşevik” şokolad dəstləri, qablaşdırılmış tortlar və onların arasında unudulmaz “Nağıl” var idi. Burada, həmçinin ənənəvi şərq şirniyyatları var idi: yumşaq və ətirli türk lokumu, dərhal ağızda xırdalanan şəkərçörəyi, şəkərlə əzilmiş badam ilə dolu şəkərbura və demək olar ki, hər bir bakılı ailəsinin sevimli yeməyi olan kətə. Və təbii ki, Şərq kraliçası - valehedici paxlava…

Lakin vaxt keçdikcə şirniyyat mağazası mövqeyini itirməyə başladı. Adi mallar rəflərdən yoxa çıxırdı...Məhsulların keyfiyyəti aşağı düşdü... Və sonda məşhur şirniyyat mağazası keçmişin acınacaqlı mirasına bənzəməyə başladı”. [Валерий Саби. "Немецкая кондитерская" — OurBaku]

Son xəbərlər

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Oxşar xəbərlər