top
Brandenburq qapısı üzərində sovet bayrağını sancan bakılı Rəşid Məcidov
09 may 2022, 02:10
- ↺ +

Brandenburq qapısı üzərində sovet bayrağını sancan bakılı Rəşid Məcidov

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Rəşid Əsəd oğlu Məcidov 21 mart 1908-ci ildə Bakıda hərbçi ailəsində anadan olub.

Məcidov 1923-cü ildə Bakı Sənaye və İqtisadiyyat Texnikimuna daxil olub, 1927-ci ildə oranı bitirib. O, 8 nömrəli uşaq evində tərbiyəçi və qabaqcıl pioner olub. Məcidov 1933-cü ildə Azərbaycan komsomolunun Mərkəzi Komitəsinin birinci katibi kimi fəaliyyət göstərib. Moskvada Ali Partiya Məktəbində təhsilini davam etdirən Məcidov sonradan Qaradağ Rayon Partiya Komitəsinin birinci katibi və Yayımlama Komitəsinin sədri olub. [https://news.day.az/politics/793496.html] 

Böyük Vətən müharibəsi dövründə o, 416-cı atıcı diviziyasının siyasi şöbəsinin rəhbəri idi. 93%-i azərbaycanlılardan ibarət olan diviziyanın tərkibində Mozdokdan (Şimali Osetiya) Berlinə qədər yol keçib. 2 may 1945-ci ildə Berlinin alınması zamanı polkovnik Rəşid Məcidovun rəhbərliyi altında 416-cı diviziyanın əsgərləri Brandenburq qapısı üzərində sovet bayrağını dalğalandırıb. Berlinə hücum zamanı Məcidov SSRİ-nin Berlindəki səfirliyinin binasını tanıyıb, ona zərər verilməməsi barədə tapşırıq verib. Bunun sayəsində səfirlikdə yerləşən minlərlə məxfi sənəd qorunub saxlanılıb.

“Vışka” qəzetində hərbi polkovnikin müharibə haqqında belə sözləri dərc olunmuşdur: “Müharibəni xatırlamağı xoşlamıram...Müharibə səbirsizliklə və qorxu ilə gözlənilən məktublardır, yaxşılığa xüsusi sevgidir, şərə və ölümə xüsusi nifrətdir. Müharibə zamanı mənim nəslim sevməyi və inanmağı, nifrət və inkar etməyi, gülməyi və ağlamağı öyrəndi. Dinc günlərdə, adətən, dəyərini itirən, adi hala çevrilən şeylərin qədrini bilməyi öyrəndi”. [Элеонора Абаскулиева. Победа, оставшаяся в веках. Азербайджанские известия.-2019.- 9 мая]

Müharibə zamanı hərbi xidmətə görə o, “Qırmızı Ulduz”, iki dəfə “Qırmızı Bayraq”, I və II dərəcəli Vətən Müharibəsi ordenləri ilə təltif olunub.

Müharibədən sonra Rəşid Məcidov Gürcüstan SSR-nin Vaziani kəndində artilleriya alayı heyətinin başçısı təyin olunub. O daha sonra Bakıda Milli Diviziyanın siyasi şöbəsinin rəhbəri olub. Məcidov Bakı şəhəri Oktyabr Rayon Partiya Komitəsinin birinci katibi seçilmiş, bir neçə ildən sonra isə Azərbaycan KP MK-nın inzibati orqanlar şöbəsinin müdiri təyin edilmiş və ömrünün sonuna qədər burada çalışmışdır. [Абаскулиева Э. Отечества достойный сын. //Азербайджанские известия. 30 марта 2008 года]

Müharibə dövründə radiasiyalı ərazilərdə olan Rəşid Məcidov leykemiyadan əziyyət çəkib. Bu səbəbdən polkovnik 2 iyul 1970-ci ildə vəfat edib. O, Bakının I Fəxri xiyabanında dəfn edilib.

 

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər