top
Bu gün Azərbaycanın siyasi və dövlət xadimi Məmməd Əmin Rəsulzadənin doğum günüdür
30 yanvar 2022, 22:47
- ↺ +

Bu gün Azərbaycanın siyasi və dövlət xadimi Məmməd Əmin Rəsulzadənin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məmməd Əmin Hacı Molla Ələkbər oğlu Rəsulzadə 31 yanvar 1884-cü ildə Bakının Novxanı kəndində anadan olub.

İlk təhsilini 2 saylı rus-tatar məktəbində alıb, sonra Bakı texniki məktəbini bitirib. Gənc yaşlarından, o, "Müsəlman Gənclik Təşkilatı" adlı azərbaycanlı inqilabçılar dərnəyi yaradıb. Təşkilat mətbəə üsulu ilə intibahnamələr (təbliği məzmunda vərəqə) çap edib əhali arasında yayırdı. 1904-cü ildə Rəsulzadə Müsəlman sosial-demokrat "Hümmət" qrupunun yaradılmasında iştirak edib. 1906-1907-ci illərdə onun "Təkamül" və başqa qəzetlərdə hüquq bərabərliyi və azadlıq tələb edən yazıları dərc olunub.

Siyasi fəaliyyətinə görə, Rəsulzadə İrana mühacirət etməyə məcbur olub, burada İran inqilabında (Məşrutə inqilabı (1905–1911)) fəal iştirak edib, “İrane Nou” və “İrane Ahat” qəzetlərini çap etdirib. [Azərbaycan Xalq Cümhuriyyəti Ensiklope­diyası. II cild. Bakı-2005]

Rəsulzadə 1913-cü ildə Bakıya dönür, 1911-ci ildə yaradılan "Müsavat" partiyasının rəhbərliyinə keçir və milli azadlıq mübarizəsində iştirak edir. O, 1915-ci ildə "Açıq söz" qəzetini nəşr edir. 1917-ci ilin iyununda "Müsavat"la "Türk Ədəmi-Mərkəziyyət" Partiyası birləşdi. Rəsulzadə birləşmiş "Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat"ın sədri oldu.

Oktyabr çevrilişindən (1917-ci il) sonra Bakıda və onun ətraflarında hakimiyyəti ələ keçirən bolşeviklər S.Şaumyanın başçılığı ilə 1918-ci ilin martında Bakıda və digər bölgələrdə Azərbaycan xalqına qarşı kütləvi soyqırımlar törədir. Bu zaman Rəsulzadə milli azadlıq hərəkatının digər nümayəndələri ilə birlikdə Qafqazın Rusiyadan ayrılaraq müstəqil dövlət yaratması və Türkiyə ilə sülh danışıqlarına girməsi uğrunda mübarizəyə başlayır. 27 may 1918-ci ildə Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir. 28 mayda isə Tiflisdə, şuranın ilk iclasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması elan edilir. [Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar). Bakı-1998]

Rəsulzadə AXC-nın Parlamentində "Müsavat" fraksiyasının başçısı olub. O, Parlamentdə Bakı Dövlət Universitetinin açılması üçün çıxışlar etmiş, universitet fəaliyyətə başladıqdan sonra tarix-filologiya fakültəsində Osmanlı ədəbiyyatı tarixindən dərs demişdir. [Yaqublu N.Q. Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası. Bakı-2013]

1920-ci ildə AXC-nın süqutundan sonra Rəsulzadənin göstərişi ilə Bakıda "Müsavat"ın gizli mərkəzi yaradılır. O, 1920-ci ilin avqustunda həbs olunur, lakin Stalinin göstərişi ilə həbsdən azad olunub Moskvaya aparılır, RSFSR-in Milli İşlər Komissarlığında işləyir. Bir müddət sonra Rəsulzadə gizli yolla Finlandiyaya keçərək Türkiyəyə mühacirət edir.

O, 1922-ci ildə İstanbulda "Müsavat" Partiyasının Xarici Bürosunu yaratdı və "Müsavat"ın Azərbaycanda fəaliyyət göstərən gizli təşkilatına istiqamət verdi. İkinci dünya müharibəsi zamanı Münxendə gizli şəraitdə yaşayan Rəsulzadənin yaratdığı "Azərbaycan Demokrat Birliyi" cəmiyyəti azərbaycan­lıların faşist əsirliyindən azad olunmasına, bir müddət sonra yaratdığı "Türkiyə-Azərbaycan" cəmiyyəti isə onların Türkiyəyə aparılmasına kömək göstərdi. Müharibədən sonra, 1947-ci ildə Türkiyəyə qayıdan Rəsulzadə burada Azərbaycan Milli Mərkəzinin başçısı kimi fəaliyyətini davam etdirdi. O, ömrünün sonuna kimi xarici ölkələrlə danışıqlar apararaq, Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda istiqlal mübarizəsini davam etdirmişdir. [Azərbaycan Xalq Cümhuriyyəti Ensiklope­diyası. II cild. Bakı-2005]

Rəsulzadənin 1903-1920-ci illərdə təkcə Azərbaycanın dövri mətbuatında 1200-dən artıq müxtəlif janrda yazıları dərc olunmuşdur. Sonrakı illərdə o, Almaniyada "İstiqlal" qəzetini, "Qurtuluş" jurnalını nəşr etdirir, Polşada isə milli Azərbaycan nəşriyyatını yaradıb polyak dilində "Azərbaycan müstəqillik uğrunda mübarizədə" kitabını çap etdirir. [Yaqublu N.Q. Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası. Bakı-2013]

Məmməd Əmin Rəsulzadə 6 mart 1955-ci ildə Ankarada vəfat edib və şəhərin Əsri qəbiristanlığında dəfn olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər