top
Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür
25 yanvar 2022, 01:10
- ↺ +

Bu gün Hacı Zeynalabdin Tağıyevin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


  1. III Aleksandrın tacqoyma mərasimində iştirak etmək üçün Zaqafqaziya müsəlmanları tərəfindən Hacı Zeynalabdin Tağıyev Peterburqa nümayəndə göndərilmişdi. Mərasimdə çar sovetinin sədri gələnləri bir-bir çara təqdim edirdi. Hacı Zeynalabdin müsəlman libasında çara yaxınlaşanda sədr elə bilir ki, Tağıyev başa düşmür və rus dilində deyir: “Bu, vəhşi xalqın nümayəndəsidir”. Tağıyev isə ona həmin dildə cavab verir: “Mənim xalqım vəhşi deyil, o, çoxəsrlik zəngin tarixə malikdir”.

  2. Hacı Zeynalabdin bir gün Parapetin yanından keçəndə görür ki, bir neçə aktyor, xanəndə restoranın qabağında söhbət edirlər. Salamlaşıb, niyə yığışdıqlarını soruşur. Onların əvəzinə restoran sahibi cavab verir: “Hacı, uşaqlar nahar etmək istəyirlər, amma pulları yoxdur”. Hacı gülümsəyir: “Uşaqları mənim hesabıma yedirt”. Üç gündən sonra Hacı ordan keçəndə qapı ağzında dayanmış restoran sahibindən xəbər alır: “O uşaqların hesabını niyə göndərməmisən?”. Restoran sahibi deyir: “Hələ qurtarmayıblar, yeyib-içirlər”.

  3. Bir gün Bakı varlıları Hacıya şikayət edirlər ki, şəhərdə ermənilər mülk tikdirirlər. Hacı deyir: “Qoy tiksinlər, qabağını almaq lazım deyil. Yeri düşəndə, mən özüm də onlara kömək edərəm. Mülk yerdə qalacaq, heç kəs gedəndə bunları apara bilməyəcək. Aramyanı görmədiz, şahanə saray tikdirdi, özü getdi, mülk qaldı, xanəndə Seyidə qismət oldu”.

  4. Hacı bənna olanda Murad adında usta ona mehribanlıq göstərir və kömək edirdi. Hacı varlanandan sonra Murad ona rast gəlir və deyir: “Camaat danışır ki, Tağıyev birdən-birə alış-verişdə 50.000 manat qazanıb, axı bu necə olur?” Hacı deyir: “On gündən sonra Parisə yola düşürəm, səni özümlə aparacam”. Parisdə Hacı “Luvr” mehmanxanasında işləyən xidmətçilərə bir dəst libas, ayaqqabı və baş geyimi bağışlayır. O, Parisdə varlı insan kimi tanınır. Bir axşam üç nəfər gəlib xahiş edir ki: “Hacı, sabah keçirilən hərraca gəlməyin, Parisdən gedin, şəxsi hesabınıza 100.000 manat pulu keçirəcəyik. Sizin təkcə adınız hərracda bizim işləri alt-üst edər”. Hacı razılaşır, banka keçirilən pulun sənədlərini alıb, Murada deyir: “Gördün, birdən-birə yüz min manatı necə qazandım? Atalar boş yerə deməyib ki, pulu pul qazanar, igid oğul palçıq tapdalayar”.


Mənbələr:

  1. Манаф Сулейманов. Дни минувшие. Баку-1990.

  2. Əşir Bəşiroğlu. Hamının Sevimlisi. Bakı-2012.


 

Son xəbərlər

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
04 noyabr 2026, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
04 noyabr 2026, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
04 noyabr 2026, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
04 noyabr 2026, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər