top
Bu gün Tofiq Quliyevin vəfatından 21 il ötür
04 oktyabr 2021, 03:00
- ↺ +

Bu gün Tofiq Quliyevin vəfatından 21 il ötür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tofiq Quliyev 1929-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki peşə məktəbinə daxil olmuşdur. 14 yaşında şair Mirzə Ələkbər Sabirin «Uşaq və buz» şeirinə «Dərsə gedən bir uşaq» mahnısını bəstələmişdir.

Quliyev 1934-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1934-1935-ci illərdə Bülbülün rəhbərliyi ilə təşkil olunmuş Elmi-Tədqiqat Musiqi Kabinəsində, xalq musiqi nümunələrinin toplanılması və notlaşdırılması sahəsində aparılan tədqiqat işlərində iştirak edib. O, tarzən Mirzə Mansur Mansurovun ifasında “Rast”, “Segah-zabul” muğamlarını nota köçürüb.

Sənətkar 1935-ci ildə Azərbaycan Dram Teatrında orkestrin rəhbəri, dirijor vəzifəsində çalışıb.  1936-cı ildə Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakültəsində təhsilini davam etdirib. 1937-1939-cu illərdə Ümumittifaq caz orkestrində piano ifaçısı kimi fəaliyyət göstərib.

1939-cu ildə Tofiq Quliyev Moskvada təhsilini dayandıraraq, Bakıya dönür və maestro Niyazi ilə birlikdə Azərbaycan Dövlət Estrada orkestrini yaradır.

1941-ci ildə Tofiq Quliyevin rəhbərliyi ilə çıxış edən orkestr milli cazın təməlini qoydu. Tofiq Quliyev Azərbaycanın estrada və caz musiqinin banisi kimi tanındı. 1941-ci ildə, İkinci dünya müharibəsi zamanı, orkestr 402-ci diviziyanın tərkibinə daxil olaraq, döyüşlər gedən Krasnodar, Mozdok, Kerç şəhərlərində cəbhənin ön xəttində konsert proqramları ilə çıxış edirdi.

Tofiq Quliyev 40-dan artıq kinofilmin musiqisinin müəllifi olmuşdur: “Səbuhi”, “Bəxtiyar”, “Görüş”, “Qızmar günəş altında”, “Dərviş Parisi partladır” və s.

Nailiyyətlərinə görə Quliyev “Azərbaycanın SSR Əməkdar İncəsənət xadimi”, “Azərbaycan SSR Xalq artisti” fəxri adılarına layiq görülmüşdür, “Qırmızı Əmək Bayrağı”, “İstiqlal” ordenləri ilə təltif olunmuşdur.

Tofiq Quliyev 4 oktyabr 2000-ci ildə Bakıda vəfat edib və I Fəxri Xiyabanda dəfn olunub.

Mənbələr:



 

Son xəbərlər

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
04 noyabr 2026, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
04 noyabr 2026, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
04 noyabr 2026, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
04 noyabr 2026, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər