top
Bu gün xalq yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür
11 may 2022, 01:06
- ↺ +

Bu gün xalq yazıçı Maqsud İbrahimbəyovun doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Maqsud Məmməd İbrahim oğlu İbrahimbəyov 11 may 1935-ci ildə Bakıda, ziyalı ailəsində anadan olub.

Burada o, orta məktəbi bitirdikdən sonra, 1955-1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində təhsil alıb, eyni zamanda institutun "Politexnik" qəzetində ştatdankənar müxbir kimi çalışıb.

Onun ilk kitabı 1961-ci ildə işıq üzü görüb. Yazıçının kitabları 36 xarici dilə tərcümə olunub və dünyanın bir çox ölkəsində dərc edilib. Maqsud İbrahimbəyovun ən məşhur romanları arasında "Truskaveçə kim gedəcək", "Ondan yaxşı qardaş yox idi", "Qoy o bizimlə qalsın", "Kərgədan buynuzu" və digərlərinin adını çəkmək olar. İbrahimbəyovun bir çox əsərləri Azərbaycanda və digər xarici ölkələrdə müxtəlif kinostudyalarda ekranlaşdırılıb, pyesləri isə 50 teatrda tamaşaya qoyulub. "Bayquş gəlmədi" və "Bütün yaxşılıqlar üçün - ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət Mükafatı verilib.

O, 1960–1962-ci illərdə Azərbaycan SSR Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mühəndis, 1962–1964-cü illərdə Moskva Ali Ssenaristlər Kursunda müdavim, 1964–1971-ci illərdə Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri, 1971–1973-cü illərdə isə Moskva Ali Rejissorluq Kurslarında müdavim kimi fəaliyyət göstərib.

Maqsud İbrahimbəyov 22 mart 2016-cı ildə Bakıda vəfat edib və Birinci Fəxri Xiyabanda dəfn olunub.

İbrahimbəyov Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili (1995, 2000, 2005-ci illər), Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, ABŞ-ın Luiziana ştatının Fəxri Senatoru və Minneapolis şəhərinin Fəxri vətəndaşı olub.

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər