top
Filarmoniya bağının tarixi
05 aprel 2022, 01:33
- ↺ +

Filarmoniya bağının tarixi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Filarmoniya bağı Bakının mərkəzində, İçərişəhər metrosunun yanında yerləşir.

Bu bağ 1830-cu illərdə iki qala divarı arasındakı sahədə salınmışdır. Bağın inkişafı Bakı komendantı Xovenin sayəsində mümkün olmuşdur. Xoven bağ üçün İrandan gələn tacirlərə xüsusi vergi tətbiq etmiş, pul əvəzinə münbit torpaq gətirmə ohdəliyi qoymuşdur. Bağ ərazisində zeytun, tut ağacı, qarağac, şam, akasiya əkilmişdir. [Fətullayev-Fiqarov Ş. Bakıda şəhərsalma XIX əsr və XX əsrin əvvəllərində. Bakı-2013] 

Rus şərqşünası İlya Berezinin 1840-cı illərinin əvvəllərində "Dağıstana və Zaqafqaziyaya səyahət" kitabında bağ haqqında yazdıqları budur: "Bakıda ictimai həyat üçün parkdan başqa heç nə yoxdur. Burada yeganə əyləncə qəfəsdə yaşayan təvazökar bir suitidir..." [Березин И. Путешествие по Дагестану и Закавказью. Казань-1849]

1859-cu ildə xarici qala divarları söküldükdən sonra bağın ərazisi genişləndirilmişdir. Həmin dövrdə bağ ərazisində artıq 12000 ağac əkilmişdir. 1876-cı ildə bağda hovuzlar tikilir, çardaqlar quraşdırılır. Hovuzlarda qu quşu, qaz və ördək saxlanılırdı. [Гасанова А. А. Сады и парки Азербайджана. Баку-1996]

Adi şəhərlilər üçün bu bağ həftənin yalnız bir günü açıq idi. Lakin yüksək vəzifəli şəxslər və neft milyonçuları üçün qapılar həmişə açıq idi, istədikləri vaxt bağa gələ bilərdilər. [https://azerhistory.com/?p=8229]

Sovet dövründə bağ pionerlər və məktəblilər üçün parka çevrilir. Burada şahmat məktəbi, "Gənc naturalist" klubu açılır, attraksionlar və heykəllər quraşdırılır. 1960-1970-ci illərdə bağın ərazisi xeyli genişləndirilir, burada dekorativ ağaclar və kollar əkilir. 1965-ci ildə burada rəqs meydançası inşa edilir.

Park müxtəlif adlar daşıyıb. Əvvəl rus imperatoru II Nikolayın qardaşı Mixailin adına olub. Lakin şəhər sakinləri buranı "Qubernator bağı" adlandırırdılar. Bu da ona görə idi ki, qubernatorun evi bağla üzbəüz olub. Sovet İttifaqı dövründə ad dəyişdirilərək "Pioner" olub. Bağda şair Əliağa Vahidin büstü qoyulandan sonra isə hamı buranı "Vahid bağı" kimi tanıyıb. 2009-cu ildə Vahidin büstü İçərişəhərə köçürülüb, bağ burada yerləşən Filarmoniyanın adı ilə çağırılmağa başlanıb.

Bağda əsaslı yenidənqurma işləri 2009-cu ildə başladı. Filarmoniya bağında aparılan təmir-bərpa işləri zamanı XIX əsrə aid yeraltı tunel aşkar olundu. İlkin araşdırmalar, tunelin dənizə tərəf getdiyini göstərdi. Bundan əlavə, arxeoloqlar burada Bakının 1138-1139-cu illərə aid qala divarının bir parçasını, həmçinin gil borulardan ibarət köhnə su təchizatı sistemini aşkar etdilər. [https://azerhistory.com/?p=8229]

[URIS id=39372]

Son xəbərlər

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Oxşar xəbərlər