top
Həzrət Əlinin adı ilə bağlı “Əli ayağı” məscid-ziyarətgah kompleksi
02 iyun 2022, 03:30
- ↺ +

Həzrət Əlinin adı ilə bağlı “Əli ayağı” məscid-ziyarətgah kompleksi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Əli ayağı” məscid-ziyarətgah kompleksi Bakı şəhərində, Buzovna qəsəbəsində, Xəzərin sahilində, qayalıq ərazidə yerləşir.

Xalq arasında qədəmgah barəsində müxtəlif tarixi rəvayətlər və xatirələr danışılır. Rəvayətə əsasən, İslam dininin dördüncü xəlifəsi Həzrət Əli Buzovnada olarkən və at belindən enərkən bir ayağını qayalığa basıb burada iz qoymuşdur. Deyilənə görə, XII əsrdə yaşayan bir mömin yuxuda dəniz sahilində, qayalıqların üstündə Həzrət Əlinin onunla danışdığını görür və ertəsi gün yuxusunu kəndin digər sakinlərinə danışır. Bundan sonra möminlər yığışıb həmin yerə gedirlər və qaya üzərində ayaq izi tapırlar. Bu hadisədən sonra ziyarətgahın əsası qoyulur.  [Məşədixanım Nemət. Azərbaycanda pirlər. Bakı-1992] [https://scwra.gov.az/az/view/objects/50/]

Vaxtilə burada məscid, zəvvarlar üçün karvansaraylar fəaliyyət göstərib. Buraya Təbriz, Dəməşq, Səmərqənd, Daşkənd, Kəlküttə və dünyanın digər iri şəhərlərindən ziyarətçilər gələrmişlər. [Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001]

1861-ci ildə ziyarətgah çar canişinliyi tərəfindən “Əli ayağı” adı ilə rəsmi qeydiyyata alınıb. [Həşim Həsənoğlu. Azərbaycanın dini-tarixi abidələri, ziyarətgahları. Bakı-2005]

Sovet dövründə bu ziyarətgaha ziyan vurulmuşdur, əksər tikililər dağıdılmışdır. Lakin bütün cəhdlərə baxmayaraq, Həzrət Əlinin izi olan kiçik tikilini məhv etməyə nail ola bilmədilər. Qədəmgahın bu günədək qorunub saxlanılmasında yerli əhalinin də rolu olmuşdur. 

1987-ci ildə yerli əhalinin təşəbbüsü ilə ziyarətgahda bərpa və yenidənqurma işləri aparılmışdır. Qədəmgahda məscid, zəvvarlar üçün yataq otaqları, dərs otaqları, kitabxana, qadınlar və kişilər üçün dəstəmazxana və bir sıra köməkçi otaqlar inşa edilmişdir. [Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001]

[URIS id=46929]

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər