top
Heç bir fəxri ad ala bilməyən aktyor Məmmədsadıq Nuriyev
31 oktyabr 2023, 08:00
- ↺ +

Heç bir fəxri ad ala bilməyən aktyor Məmmədsadıq Nuriyev

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məmmədsadıq Qafar oğlu Nuriyev 5 mart 1919-cu ildə Bakıda anadan olub.

O, 1928-ci ildən Bədəl bəy Bədəlbəylinin məktəbində təhsil alıb. Orta təhsilini bitirdikdən sonra Məmmədsadıq 1935-ci ildə Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq fakültəsinə daxil olub. 1937-ci ildə təhsilini başa vurduqdan sonra C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb. [Şəhla Əmirli. Kiçik rolların məharətli ifaçısı. Mədəniyyət.- 2019.- 24 may.- S.1;7.] [http://www.az.baku-art.com/az/bu-gun-taninm-sh-teatr-ve-kino-aktyoru-memm-dsad-q-nuriyevin-dogum-g-n-d-r]

Aktyor 1946-cı ildə Gəncə Dövlət Dram Teatrında fəaliyyət göstərib.

1950-ci ildə Məmmədsadıq Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Musiqili komediya estrada ansamblında, sonra isə “Azdrama”da işləyib, daha sonra yenidən estrada ansamblına qayıdıb. 1954-cü ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışıb. [Şəhla Əmirli. Kiçik rolların məharətli ifaçısı. Mədəniyyət.- 2019.- 24 may.- S.1;7.] [https://www.youtube.com/watch?v=ZZU3kEGg1PY]

Nuriyev həm teatr, həm də kino səhnəsində dramatik və komik rolları eyni ustalıqla ifa etdiyi üçün onu “Vücud” deyə çağırırdılar. Aktyor “Yeddi oğul istərəm”də Kosa, “Əhməd haradadır?”da fəhlə Əhməd, “Ulduz”da Bayram, “Sehrli xalat”da tacir, “Uşaqlığın son gecəsi”ndə Davud, “Bizim Cəbiş müəllim”də qaçqın, “Koroğlu”da kosa Səfər, “O olmasın, bu olsun”da bazardakı adam və s. kimi müxtəlif rolları ifa edib. [http://www.az.baku-art.com/az/bu-gun-taninm-sh-teatr-ve-kino-aktyoru-memm-dsad-q-nuriyevin-dogum-g-n-d-r] 

“Uşaqlığın son gecəsi” filmində canlandırdığı “Davud” obrazı aktyora ən çox məşhurluq gətirən obraz olub. Aktyorun filmdə ifadə etdiyi sözlər indi də tamaşaçılar tərəfindən xatırlanır. [https://www.youtube.com/watch?v=ZZU3kEGg1PY]

Məmmədsadıq heç bir fəxri ad almamışdır. Oğlu aktyor Yaşar Nuri Əməkdar artist adını alarkən çıxışında demişdi : “Yazıq atam neçə il səhnədə külüng vurdu, bir quru ada da həsrət qaldı”. [https://kulis.az/xeber/media/ona-qarsi-colorredvnimatelnicolor-olmadilar-yasar-nurinin-fexri-ada-hesret-qalan-atasi-colorredmaraqli-faktlar-color-36840]

Məmmədsadıq Nuriyev 25 mart 1975-ci ildə vəfat edib. [https://www.youtube.com/watch?v=ZZU3kEGg1PY]

 

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər