top
Heç nə bilmirəm şahzadəsi Vera Obolenskaya
21 may 2022, 02:30
- ↺ +

"Heç nə bilmirəm şahzadəsi" Vera Obolenskaya

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Vera Makarova 11 iyun 1911-ci ildə Bakıda, şəhərin vitse-qubernatoru Apollon Makarovun ailəsində anadan olub. Doqquz yaşında, Qırmızı ordunun Bakıya daxil olmasından sonra Vera valideynləri ilə birlikdə Fransaya köçmək məcburiyyətində qalıb. Ailəsi Parisdə məskunlaşıb.

26 yaşında Vera şahzadə Nikolay Obolenski ilə ailə qurur. 1940-cı ildə Fransanın faşistlər tərəfindən işğalından qısa müddət sonra Vera Obolenskaya gizli bir təşkilatın üzvü olur və burada "Viki" təxəllüsü ilə fəaliyyət göstərməyə başlayır. 1940-cı ilin sonunda, bu qrup başqa bir gizli təşkilatla birləşir və nəticədə yaranan ittifaq Vətəndaş və Hərbi Təşkilat adlandırılır. Onlar fransız generalı Şarl De Qolun Londondakı nümayəndələri ilə əlaqə qurub kəşfiyyatçı kimi fəaliyyət göstərirlər, xaricdəki ingilis əsirlərin qaçmasını təşkil edirlər. Tezliklə Vera həyat yoldaşı Nikolayı da təşkilatın üzvü edir.

1942-ci ildə təşkilatın sədri həbs edilir. 17 dekabr 1943-cü ildə isə Vikini də həbs edirlər.  Obolenskaya Fransanın Fren həbsxanasına göndərilir. [http://izbrannoe.com/news/lyudi/vera-obolenskaya-knyaginya-nichego-ne-znayu/?fbclid=IwAR1cBCIQgDbksHoWQiE2st8FgtyL8oKc_Jbx3ZptY4wfSC7DWg-PD1mxVaQ]

Bir müddət sonra şahzadə Nikolay Obolenski də eyni həbsxanaya gətirilir. Viki uzun müddət "ayrıldıqları üçün" Nikolayın təşkilatla heç bir əlaqəsi olmadığını söyləyərək həyat yoldaşını xilas edir. Dəlil olmadığı üçün şahzadə sərbəst buraxılır.

Obolenskaya bundan sonra heç nə deməyəcəyini bəyan edir. Bu səbəbdən faşistlər ona "Princessin - ich weiss nicht" ("Heç nə bilmirəm şahzadəsi") ləqəbini verirlər. Vera Obolenskaya haqqında ölüm hökmü verilir və o, Berlindəki Plyotzenseye həbsxanasına aparılır. 4 avqust 1944-cü ildə, günorta saatlarında Viki həbsxananın həyətində gəzintiyə çağırılır və "ölüm otağına" aparılaraq gilyotinlə edam edilir. [Флам Л.С. Вики. Княгиня Вера Оболенская. Москва-2005]

Fransada müharibə qurbanlarının abidəsinin üzərində Veraya aid xatirə lövhəsi qoyulub. SSRİ onu ölümündən sonra, 1965-ci ildə Birinci dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif etmişdir.

Son xəbərlər

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Oxşar xəbərlər