top
Məşhur filmlərdə çəkilən Azərbaycanın Xalq artisti Mirzə Babayev
24 oktyabr 2023, 07:32
- ↺ +

Məşhur filmlərdə çəkilən Azərbaycanın Xalq artisti Mirzə Babayev

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Mirzə Əbdülcabbar oğlu Babayev 16 iyul 1913-cü ildə Bakının Maştağa qəsəbəsində anadan olub.

O, Bakı Sənaye İnstitutunun (indiki ADNSU) memarlıq fakültəsində təhsil alıb. Mirzə Babayev 1948-ci ildə indiki Bakı Musiqi Akademiyasının vokal şöbəsinə qəbul olunub, burada müğənni Bülbülün sinfində təhsil alıb. Bülbül Mirzə Babayevi opera müğənnisi kimi hazırlamaq istəyirdi, lakin bəstəkar Tofiq Quliyevin dediyinə görə, onun səsi estrada mahnılarının ifası üçün daha uyğun olub. [Azərbaycan.-2013.-17 iyul.-S.6.] [https://kulis.az/xeber/media/olen-xaniminin-seklini-cibinde-gezdirdi-zeherlenib-sehnede-husunu-itirdi-mesedi-ibad-roluna-onu-cekmediler-40686]

Xalq artisti müxtəlif illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Dövlət Filarmoniyasında, Dövlət Konsert Birliyində çalışıb. Müğənni Azərbaycan Dövlət Caz Orkestrinin ilk solistlərindən biri idi. Azərbaycan bəstəkarlarının bir çox mahnıları onun ifasında məşhurlaşıb. [Azərbaycan.-2013.-17 iyul.- S.6.]

Mirzə Babayevin kino sənətinin inkişafında da rolu olub. O, 30-dan çox filmdə çəkilib. “Alma almaya bənzər”, “Qayınana”, “Bəyin oğurlanması”, “Dərviş Parisi partladır”, “Qaraca qız”, “Qorxma, mən səninləyəm”, “Telefonçu qız”, “Romeo mənim qonşumdur”, “Dəli Kür” və s. kimi filmlərin çəkilişlərində iştirak edib. [Olaylar.-2009.-18-20 iyul.-S.13.]

Bir çox Azərbaycan filmlərində mahnıları Mirzə Babayev ifa edib. O, “O olmasın, bu olsun” filmində Məşədi İbadın dilindən oxunan mahnıları ifa edib. 

Müğənni Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyinin tərtibatında iştirak edib. [Azərbaycan.-2013.-17 iyul.- S.6.]

Sənətkar Azərbaycan SSR-in Əməkdar artisti, Azərbaycan Respublikasının Xalq artisti, iki dəfə “Humay” mükafatı laureatı və Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdçüsü olub. [https://metbuat.az/melumat/taninmis/58/mirze-babayev.html] [https://e-qanun.az/framework/985] 

Mirzə Babayev 13 yanvar 2003-cü ildə Bakıda vəfat edib. O, İkinci Fəxri xiyabanda dəfn olunub. [https://medeniyyet.az/page/news/68792/Mirze-Babayevin-dogum-gununde-mezari-ziyaret-edilib.html] [Səs.-2011.-16 iyul.-S.12.] 

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər