top
Moskva Mərkəzi Televiziyasının sifarişi ilə çəkilən “Ad günü” filmi
02 fevral 2024, 08:00
- ↺ +

Moskva Mərkəzi Televiziyasının sifarişi ilə çəkilən “Ad günü” filmi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Ad günü” filmi rejissor Rasim Ocaqov tərəfindən 1977-ci ildə ekranlaşdırılıb. [Aydın Kazımzadə. Kino və Zaman (1923-2016). Bakı-2016]

Ekran əsəri Rüstəm İbrahimbəyovun “Ad günü” və “Ezamiyyət” hekayələri əsasında Moskva Mərkəzi Televiziyasının sifarişi ilə çəkilib. Lirik-psixoloji janrda çəkilmiş film dostluq haqqındadır. Burada, həmçinin əxlaqi-etik məsələlərə toxunulur və müasirlərimizin məişət və yaşayışı, gündəlik həyatları əks olunub.

Bədii televiziya əsəri Rüstəm İbrahimbəyovun və Rasim Ocaqovun uzun müddətli birgə yaradıcılıq işinin başlanğıcı oldu. Filmin rejissoru Rasim Ocaqov, ssenari müəllifi Rüstəm İbrahimbəyov, bəstəkar Emin Sabitoğlu, quruluşçu rəssam Kamil Nəcəfzadə, operator Kənan Məmmədov olub. Baş rollarda Hacı İsmayılov, Şəfiqə Məmmədova, David Uplisaşvili, Sədayə Mustafayeva, Yaşar Nuri, Səməndər Rzayev və başqaları çəkiliblər.

Filmin ilk baxışı 11 fevral 1977-ci ildə baş tutub. Ekran əsərinin nümayişindən sonra rejissor Moskva sakinindən məktub alır. Məktubda deyilirdi: “Televiziya ilə baxdığım “Ad günü” filminə görə sağ ol! Ağıllı, istedadlı, xeyirxah və təmənnasız insanla görüşdən özümü xoşbəxt hesab edirəm. Yalnız bu keyfiyyətlərə malik insan öz qəhrəmanlarını belə görər və səhv etmədən aktyorları tapa bilərdi. Bəzi səhnələr, məncə, “Çaplinsayağıdır”, “Ad günü” professional filmdir...”. [https://adalet.az/az/posts/detail/ad-gunu-nun-ad-gunu-filmin-ilk-baxis-tarixinden-45-il-otur-1644574741] 

“Ad günü” filmi 1979-cu ildə Bakıda keçirilən VIII Ümumittifaq televiziya filmləri festivalının birinci mükafatına, 1980-ci ildə Berlində ADR televiziyasının diplomuna, həmin il filmin yaradıcı heyəti Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. [https://www.medeniyyet.az/page/news/3765/Ad-gunu-filmi-Moskvada-berpa-olunur.html]

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər