top
İngiltərə və Fransa Bakını 15 günə necə məhv etmək istəyirdi
03 iyul 2022, 04:00
- ↺ +

İngiltərə və Fransa Bakını 15 günə necə məhv etmək istəyirdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1939-cu ildə ölkələr arasında hücum etməmə paktının imzalanması ilə SSRİ Almaniyanı neftlə təmin etməyə başlayır. Bu hadisədən sonra London və Parisin rəsmi dairələrində Bakını bombalamaq planı yaranır. Bunun məqsədi Bakı neftinin almanlar tərəfindən istifadəsinin qarşısını almaq idi.

Bakıya qarşı aviasiya bazasının Türkiyədə, İranda, İraqda və ya Suriyada yerləşməsi planlaşdırılır. Martın əvvəlində ingilis pilot Makleynin idarə etdiyi təyyarə İraq ərazisindən qalxaraq 1 saat ərzində Bakı səması üzərində 7 min metr hündürlükdən şəhərin aeroçəkilişini aparır və Sovet hava hücumlarından müdafiə sistemi tərəfindən müəyyən olunmamış qalır. Kəşfiyyat məlumatlarının nəticələrini müzakirə etdikdən sonra iki oxşar plan hazırlanır: ingilis “MA-6” və fransız “R.İ.P.” (Rusiya.Sənaye.Yanacaq). [Алексей Степанов. Кавказский кризис» или англо-французская воздушная угроза СССР в 1939—1940 гг]

17 aprel 1940-cı ildə Fransa qoşunlarının Yaxın Şərqdəki komandanı general Veyqan öz hökumətinə məruzə edir: “Qafqaz neft yataqlarının bombalanaraq məhv edilməsi planı o qədər irəli gedib ki, əməliyyatın icrasına başlamağın vaxtını dəqiqləşdirmək qalıb”. O, iyunun sonu - iyulun əvvəlində əməliyyatlara başlamağı təklif edir. Bu əməliyyata “Nizə” (ingiliscə “Pike”) adı verilir.

Bakının bombalanması bu cür olmalı idi: İngilis Hərbi Hava Qoşunları İraqda bazadan qalxır. Zərbələrdə 90-100 təyyarədən istifadə olunur. Bakını 15 günə dağıtmaq planlaşdırılır. Nəticədə 122 neft zavodu yerlə yeksan edilməli idi. Baş verəcək yanğınlardan bütün şəhəri alov almalı idi, onu söndürmək isə qeyri-mümkün olacaqdı. [https://azerhistory.com/?p=10703]

1940-cı ilin iyununda ingilis-fransız alyansı Norveçin müdafiəsində nasistlərə məğlub olur. Nəticədə London hökuməti Bakını bombalamağa hazır olan hava hissələrini geri çağırır. Eyni vaxtda Fransa nasistlərin işğalı altına düşür. 1941-ci il iyunun 22-dən sonra isə Moskva ilə London nasizmə qarşı mübarizədə müttəfiqə çevrilirlər.

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər