top
Nikolay Drozdovun xatirələrində qeyd olunan Bakı Zooparkı
26 dekabr 2023, 07:27
- ↺ +

Nikolay Drozdovun xatirələrində qeyd olunan Bakı Zooparkı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda zooparkın yaranması XX əsrin əvvəllərinə təsadüf edir. 1923-cü ildə Bakıda ilk özəl heyvanxana fəaliyyət göstərib. 14 dekabr 1928-ci ildə keçmiş Lunaçarski (indiki Nizami) parkı ərazisində yerləşən Bioloji stansiyanın bazasında zooloji bağ açılıb. [Cavadov Z. Bakı şəhər heyvanat parkının 90 illik yubileyi// qəz. Respublika.- 2018.- 16 dekabr.- S.8.]

İkinci Dünya müharibəsi illərində zooloji bağ Rusiyadan Bakıya köçürülmüş Rostov Zooparkı ilə birləşdirildi. 2 yanvar 1942-ci ildə buraya “Zooloji park” adı verilib. Bu tarix Bakıda zooparkın yaranma tarixi hesab edilir. Zoopark 1958-ci ilə qədər Bakı Dəmir Yolu Vağzalının yaxınlığında yerləşirdi. [Запарка вокруг зоопарка// газ. Вышка №17 от 4 мая 2001 года] [https://planetofhotels.com/guide/ru/azerbaydzhan/baku/bakinskiy-zoopark] 

1950-ci illərin sonlarında Bakı Zooparkı Bayıla köçürüldü. Həmin illərdə Bakı Zooparkı ən yaxşı saxlanma şəraiti ilə seçilirdi. Tanınmış rus zooloqu Nikolay Drozdov zoopark haqqında öz xatirələrində bu sözləri qeyd etmişdir: “Bakıda yeni zooparkın salınması xəbəri bizi sevindirdi. Onun üçün zərif bir təpənin meşəlikli və rahat yamacında yaxşı bir yer seçildi… Zooparkda sakitlikdir, burada böyük şəhərin səsi, demək olar ki, eşidilmir. Və bu, çox vacibdir - çünki səs-küy heyvanları narahat edir. Heyvanlar üçün qəfəslər və volyerlər genişdir. Elə yerlər var ki, orada dincəlirlər, pis havada gizlənirlər... Eyni zamanda bitki örtüyü qorunub saxlanılır. Belə zooparkda özünüzü yaxşı hiss edirsiniz. Heyvanların zahiri görünüşünə görə, onlar da buranı bəyənirlər”. [Бакинский Зоопарк — OurBaku] [https://biography.wikireading.ru/29915] 

1970-ci ildə zooparkda artıq heyvanlar üçün 90 yer var idi və hər il 150 minə yaxın insan onu ziyarət edirdi. Burada Dağıstan turu, çöl qartalları, Sultan toyuğu kimi nadir heyvan növü mövcud olub. Lakin 1970-ci illərin ortalarında Bayılda baş verən çökmə nəticəsində aslan və ayının ölümündən sonra şəhər hakimiyyəti zooparkı başqa bir yerə köçürməyi qərar verib. [Бакинский Зоопарк — OurBaku] [Запарка вокруг зоопарка// газ. Вышка №17 от 4 мая 2001 года]

1985-ci ildə zoopark indiki Bakıxanov qəsəbəsində yerləşirdi. Lakin həmin zaman indiki Nərimanov rayonu ərazisində yeni zooparkın təmir işləri gedirdi. 1985-ci ildə yeni Zoopark ictimaiyyətin istifadəsinə verilmişdir. [Запарка вокруг зоопарка// газ. Вышка №17 от 4 мая 2001 года]

2019-2021-ci illərdə Bakı Zooloji Parkında təmir-tikinti işləri keçirilib. Hazırda isə zoopark ziyarətçilərin üzünə açıqdır.

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər