top
Nizami muzeyinin binasının tarixi
30 yanvar 2022, 04:00
- ↺ +

Nizami muzeyinin binasının tarixi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi Bakıda, Fəvvarələr meydanının yanında, İstiqlaliyyət küçəsi 53-də yerləşir. Muzey 1945-ci ildən fəaliyyət göstərir.

Tikilinin tarixi XIX əsrə təsadüf edir. Memar Şamil Fətullayevin kitabına əsasən, bina 1860-cı illərdə ikimərtəbəli karvansaray kimi tikilmişdir və onun memarı Qasım bəy Hacıbababəyov idi. Lakin 1880-ci ilin “Zodçiy” qəzetinin məlumatına əsasən tikili “Bakı İctimai Məclisi”nin yeni binası kimi inşa edilmişdir və memarı Karl Qippius idi. [Шамиль Фатуллаев. Градостроительство Баку XIX—начала XX веков. Баку-1978] [Метрополь гостиница - Музей азербайджанской литературы им. Низами. Баку — OurBaku]

1890-cı ildə İctimai Məclis başqa bir binaya köçürüldü və bu binanın ikinci mərtəbəsində təmir işlərindən sonra Metropol mehmanxanası açıldı. 1915-ci ildə memar Nikitin binanın üçüncü mərtəbəsini inşa etdi. Mehmanxananın birinci mərtəbəsində bir çox dükanlar, o cümlədən “Hacı, bəri bax” mağazası yerləşirdi. Burada ən bahalı ipək, yun və pambıq parçaları satılırdı. [Манаф Сулейманов. Дни минувшие. Баку-1990]

1918-1920-ci illərdə binada Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin əməkdaşları yaşayır və işləyirdi. Nazirlər Kabinetinin ilk iclası məhz burada, 18 sentyabr 1918-ci ildə keçirildi. 1920-1930-cu illərdə bu binada Azərbaycan Həmkarlar İttifaqı fəaliyyət göstərirdi. [Nəsiman Yaqublu. Cümhuriyyət qurucuları. Bakı-2018]

1939-cu ildə şair Nizami Gəncəvinin 800 illiyi ilə əlaqədar, binada Nizami Muzeyinin yaradılması haqqında qərar qəbul edilib. Binada memarlar Sadıq Dadaşov və Mikayil Useynov tərəfindən yenidənqurma işləri aparılıb. Binanın fasadında şairlər və yazıçıların heykəlləri quraşdırılıb: Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundov, Xurşidbanu Natəvan, Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlı. Muzeyin rəsmi açılışı 14 may 1945-ci ildə baş tutdu.  [https://azerhistory.com/?p=8014]

2001-ci ilin “Bakı İşçisi” qəzetindən: “Bir vaxtlar Nizami Muzeyinin binasında üç siferblatlı məşhur saat asılmışdır… Bu nadir, matah saat İsveçrənin “Borel” şirkəti tərəfindən xüsusi olaraq Bakı üçün 1850-ci ildə hazırlanmışdır və 70-ci illərə qədər şəhərə qüsursuz xidmət etmişdir… muzeyin direktoruna mane olmağına qədər... Muzeyin işinə müdaxilə edilməsindən şikayət etdi və dəqiq vaxtı göstərən saat yox oldu”. [Метрополь гостиница - Музей азербайджанской литературы им. Низами. Баку — OurBaku]

1959 və 1967-ci illərdə muzey binası genişləndirilmiş və təkmilləşdirilmişdir. 2001-2003-cü illərdə tikilidə yenidən təmir işləri aparılmışdır.

Binada bu günə kimi yerləşən Nizami muzeyində müxtəlif sənədlər, əlyazmalar, kitablarla yanaşı, qədim və orta əsrlər dövrünə aid maddi mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri nümayiş etdirilir. [Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin ictimaiyyət üçün açılışı oldu. Ədəbiyyat qəzeti.-2009.-15 may.-S.3, 4.]

[URIS id=31426]

Son xəbərlər

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Oxşar xəbərlər