top
Qərbi Avropa qəsrlərini xatırladan Ramana qalası
09 sentyabr 2021, 02:00
- ↺ +

Qərbi Avropa qəsrlərini xatırladan Ramana qalası

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ramana qalası Bakıda, Ramana qəsəbəsinin cənub-qərbində qayalıqda yerləşir.

Rus alimi V.M.Sısoyevin kitabında (1925) qala belə təsvir olunub: "Kəndin yaxınlığında gözəl xarabalıqlar var ... tikili orta əsr Qərbi Avropa qəsrlərini xatırladan gözəl nəhəng görünüşə malikdir ...". Onun sözlərinə görə, o zaman qala divarlarında bir kitabənin kiçik hissəsi qalmışdır. Kitabəyə əsasən qalanın XIV-XVI əsrlərdə tikildiyi güman edilirdi.

1956-cı ildə "Koroğlu" filminin çəkilişi üçün Ramana qalası bərpa olunmuşdur. “Nəsimi” və “Babək” filmləri də məhz burada çəkilmişdir.

Güman edilir ki, qala müdafiə məqsədi ilə Şirvanşahlar dövründə tikilib və sonralar tabasaranlı (Dağıstanda mövcud olmuş tarixi ərazi) sərkərdələr tərəfindən qəsr kimi istifadə olunub. Tarixçilər Ramana qalasından Qız qalasına və Bakıxanov qəsəbəsinə vaxtilə yeraltı yolun olduğunu qeyd etmişdirlər.

Qala ağ daşdan inşa edilmişdir. Divarlardan və mərkəzdə yerləşən dördbucaqlı qüllədən ibarətdir. Qüllənin hündürlüyü 15 metrdir, dörd mərtəbəsi var. Mərtəbələr divariçi dolama pilləkən vasitəsilə birləşir.

Ramana qalası 2001-ci ildə UNESCO Ehtiyat Siyahısına daxil edilmişdir. Hazırda muzey kimi fəaliyyət göstərir.

Mənbələr:


  1. Д.Гаджинский, П.Азизбекова. Баку. Исторические и достопримечательные места Баку:Изд-во АН Азерб. ССР, 1956

  2. Сысоев, В. Краткий путеводитель по древностям города Баку и его районов /Василий Сысоев //Баку: Изд-во Наркомпросс АзССР, Азерб.археол. Ком.- 1925

  3. Ашурбейли Сара. История города Баку: период средневековья. Баку 1992

  4. http://www.anl.az/down/meqale/hafta_ichi/2018/may/591519.htm

  5. http://www.anl.az/down/meqale/medeniyyet/medeniyyet_aprel2009/74396.htm


[caption id="attachment_6050" align="alignnone" width="408"]Foto "Баку. Исторические и достопримечатильные места", 1956 kitabından Foto "Баку. Исторические и достопримечатильные места", 1956 kitabından[/caption]

Son xəbərlər

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
04 noyabr 2026, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
04 noyabr 2026, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
04 noyabr 2026, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
04 noyabr 2026, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər