top
Sonuncu dərviş Səttar Bəhlulzadə
02 aprel 2022, 05:00
- ↺ +

Sonuncu dərviş Səttar Bəhlulzadə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səttar Bəhlul oğlu Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan qəsəbəsində anadan olub.

Bəhlulzadə 1927-1931-ci illərdə keçmiş Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb. Yaradıcılığa “Kommunist” qəzetində rəssam Əzim Əzimzadənin rəhbərliyi altında başlayıb.

Burada o, müxtəlif mövzu və janrda qrafik rəsmlər çəkirdi. 1931-1933-cü illərdə qəzetdə onun müasir məzmunlu ilk karikaturaları çap olunub. [Azərbaycan Sovet Ensiklopediyası. Bakı-1979]

Bəhlulzadəni öz davamçısı kimi görən Əzim Əzimzadə Səttarın rəsm sahəsində ali təhsil almağını istəyib. Buna görə Səttar 1933-cü ildə Moskva Rəssamlıq İnstitutunun qrafika fakültəsinə daxil olub. Başqalarından fərqli olaraq rəssam diplom müdafiəsində bir yox, iki əsər hazırlayıb. Lakin Böyük Vətən müharibəsinin (1941-1945) başlaması ona diplomunu müdafiə etməyə imkan vermir və o, Bakıya qayıdır. Müharibədən sonra onu Moskvaya diplom müdafiəsi üçün dəvət etsələr də, o etiraz edir və belə cavab verir: “Məgər diplomsuz rəssam olmaq olmaz?”

Səttar Bəhlulzadə hisslərini gizlədən, qapalı, pul ilə maraqlanmayan insan olub. Əsərlərini heç vaxt sifarişlə yaratmayıb. Bu xasiyyətinə görə “Sonuncu dərviş” kimi tanınıb. [https://www.youtube.com/watch?v=YTHIV-QK6dE]

O deyərdi ki: “İlham və təbiət üçün Qogen kimi Taiti adasına getmədim və başqalarına bunu etməyi məsləhət görmürəm. Çünki insanların həyatı, doğma vətəni - əsl ilham mənbəyidir”.   [https://www.azerbaijan-news.az/view-179355/tebietin-settar-rengi]

Səttar Azərbaycan boyakarlıq sahəsində mənzərə rəsminin banilərindən hesab edilir. Bəhlulzadənin “Xəzər gözəli”, “Əbədi məşəllər”, “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı” kimi əsərləri var. Xalq şairi Bəxtiyar Vahabzadə rəssam haqqında belə deyirdi: “Bəhlulzadənin əsərlərinə baxarkən ana yurdumuzun gözəlliyinə və əzəmətinə bir daha vuruldum”. [Ələsgərov B. Boyalarda yaşayan ömür. Bakı-2009]

Dünyanın bir çox ölkələrində rəssamın sərgiləri keçirilib və əsərləri muzeylərdə eksponat kimi saxlanılır. 

Bəhlulzadə “Qırmızı Əmək Bayrağı” ordeni, “Azərbaycan SSR əməkdar incəsənət xadimi”, “Azərbaycan SSR xalq rəssamı” fəxri adları ilə təltif olunub. [Azərbaycanın görkəmli şəxsiyətləri. Səttar Bəhlulzadə. Biblioqrafiya. Bakı-2009]

Səttar Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat edib. Vəsiyyətinə uyğun olaraq o, Əmircan qəsəbəsində, anasının yanında dəfn olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Xəbər
Dünən, 11:19

Gələn ildən uşağın doğulmasına görə müavinət 1500 manat ola bilər

Xəbər
Dünən, 10:29

Bakıda 80 yaşlı kişini maşın vurub öldürdü

Xəbər
Dünən, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Dünən, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
03 noyabr 2026, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
03 noyabr 2026, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Oxşar xəbərlər