top
Sovet uran yatağını kəşf etmiş “xalq düşməni” Cəfər Kazımov
20 avqust 2022, 01:50
- ↺ +

Sovet uran yatağını kəşf etmiş “xalq düşməni” Cəfər Kazımov

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cəfər Hаcı Ələsgər oğlu Kazımov 21 dekabr (4 yanvar) 1896-cı (1897) ildə Bakıda anadan olub.

O, altısinifli məktəbi bitirir, sonra isə Bakı real məktəbində təhsil alır. Kazımov Moskva Kommersiya İnstitutunda 2 il oxuduqdan sonra Bakıya gələrək Xalq xəstəxanasında mühasib işləyir. AXC dövründə o, Əmək Nazirliyində katib işləyir. Kazımov AXC-nin 1920-ci ildə xaricdə təhsil alan 100 tələbəsindən biri idi.

O, Almaniyada Darmştad Texniki Universitetində oxumağa başlayıb, sonra təhsilini Frayburq Dağ-Mədən Akademiyasında davam etdirib. Bakıya qayıdanda Kazımov əvvəlcə Suraxanıda mədən müdirinin müavini, 1927-1930-cu illərdə N.Nərimanov adına Sənaye Texnikumunda direktor müavini, eyni zamanda mineralogiya və qazma işləri fənləri üzrə müəllim işləyib. [Ədalət Tahirzadə. Azərbaycan Xalq Cümhuriyyəti tələbələri. Bakı-2016]

O, 1931-1932-ci illərdə Azərbaycan SSRİ Dövlət Plan Komitəsində Sənaye bölməsinin sədri və Rəyasət Heyətinin üzvü olub, bir sıra elmi tədqiqat mərkəzlərinin yaradılmasında iştirak edib. Kazımov geologiya üzrə elmi tədqiqat işləri aparıb və “Azərbaycanın yeraltı sərvətləri” adlı monoqrafiya yazıb. Lakin bu əsər o həbs olunarkən digər əlyazmaları ilə birgə müsadirə olunub və yoxa çıxıb. [Ədalət Tahirzadə. Cəfər Kazımov – Sovet uranını tapanlardan biri. Bakı-2001]

Kazımovun böyük qardaşı Ağahüseyn 1937-ci ildə xalq düşməni kimi həbs edilərək güllələnir. Bu zaman Cəfər bütün vəzifələrindən uzaqlaşdırılır və 4 aprel 1938-ci ildə həbs edilir.

1940-cı ildə Cəfər Uxta şəhərində yerləşən Qütb düşərgəsinə göndərilib. O, bataqlıq ərazilərdə meşələrin qırılması və başqa ağır işlərlə məşğul olub. Sonra Kazımov Uxta Kombinatının Mərkəzi elmi-tədqiqat laboratoriyasına elmi əməkdaş kimi cəlb olunub və 1945-ci ilə kimi orada işləyib. Həmin il Kazımov ilk dəfə tundra ekspedisiyasında geoloji axtarış işlərində iştirak edib. 1947-ci ildə ekspedisiya Qütb yaxınlığında ilk sovet uranı yatağını kəşf edib. Bu kəşfin əsas müəllifi Kazımov hesab edilirdi. [Ağamahmud Səmədov. Nəsib İlyasov. Uzaq Komidə - Sovet uran yatağını kəşf etmiş alim-geoloq. Ədalət.-2014.-10 aprel.-S.6.]

1948-ci ildə Kazımova Bakıya gəlməyə icazə verilir. Lakin həmin il onun bədəninin sağ tərəfi qəflətən iflic olur. 1949-cu ildə o, Azərbaycana qayıdır, Bakıda yaşamağa icazə ala bilmədiyinə görə Şamaxıda məskunlaşır. Həyat yoldaşı Mariyanın sayəsində gizli Bakıya gəlir və 1955-ci ildə bəraət qazanır.

Kazımova 1967-ci ildə Qırmızı Əmək Bayrağı ordeni verilir. [Ədalət Tahirzadə. Cəfər Kazımov – Sovet uranını tapanlardan biri. Bakı-2001]

Cəfər Kazımov 14 avqust 1968-ci ildə Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.

 

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər