top
SSRİ-nin Qaz Sənayesinin naziri olan Sabit Orucov
28 iyun 2022, 02:00
- ↺ +

SSRİ-nin Qaz Sənayesinin naziri olan Sabit Orucov

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sabit Atababa oğlu Orucov 30 (31) may 1912-ci ildə Bakı­nın Novxanı kəndində anadan olub.

 

O, 1931-1936-cı illər­də  Azərbaycan Neft Səna­yesi İnsti­tutunda (indiki ADNSU) təhsil almışdır. Orucov 1936-1946-cı illərdə neft­çı­xarma ustası, sonra Suraxanı mədənlərində direktor vəzifələrində çalışmışdır. O, Böyük Vətən Müharibəsinin iştirakçısı olmuşdur.

Daha sonra Sabit Orucov Moskvaya dəvət olunur və SSRİ Neft Sənayesi nazirinin müavini vəzifəsində çalışır. O, Xəzər dəniz neft yataqlarında, xüsusilə neft daşlarında neft çıxarılmasına əmək sərf etmişdir. [Azərbaycan Sovet Ensiklopediyası - VII Cild. Bakı-1983]

1960-cı illərdə Qərbi Sibirdə neft və qaz yataqlarının mənimsənilməsi Orucova həvalə edilir. Onun rəhbərliyi altında orada böyük qaz yatağı tapılır. Bundan sonra Moskva Bakıda neft və qaz istehsalını dayandırmaq istəyirdi. Xəbəri eşidən Sabit Orucov buna etiraz edir və Moskvanı bu fikirdən yayındırır. Onun səyləri nəticəsində SSRİ və Şərqi Avropada 200 milyon insan qazla təmin olunur. Həmçinin onun sayəsində Orenburq vilayəti, Türkmə­nistan və Özbəkistanda neft və qaz ya­taq­ları istismara verilmişdir.

Sabit Orucov 1972-ci ildə SSRİ Qaz Sənayesi naziri təyin olunur. O, dəfələrlə Azərbaycan və SSRİ Ali Sovetlərinə deputat seçil­mişdir. [https://science.gov.az/az/forms/skanchavshiesya-chlenyikorrespondentyi/3485]

1973-cü ildə Orucov Sibirdə qəsəbə salınması haqqında fikir irəli sürür. Novıy Urenqoy şəhərinin əsası məhz onun sayəsində qoyulmuşdur.

Orucov qaz sənayesinin inkişafında xidmətlərinə görə iki dəfə SSRİ Dövlət Mükafatı, Lenin Mükafatı laureatı olmuşdur, Əməkdar elm və texnika xadimi və Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. [https://www.gazprom.ru/press/news/reports/2012/orudzhev/biography/]

AMEA-nın müxbir üzvü Sabit Orucov 20 aprel 1981-ci ildə Moskvada vəfat edib. Qohumları onun Novxanıda dəfn olunmasını istəsə də, Moskvanın etirazı ilə o, Novodeviçye qəbiristanlığında dəfn olunub.

Bakı şəhərində küçə, Urenqoyda yerləşən qaz hasilatı üzrə istehsalat birliyi, Rusiyanın Nadım şəhərində sahilyanı küçə, "Kaspmorneftqazprom" birliyinə məxsus gəmi Sabit Orucovun adını daşıyır.

Son xəbərlər

Xəbər
Bu gün, 12:29

Yasda gülməsinə irad bildirən xalaoğlunu bıçaqladı

Xəbər
Bu gün, 12:20

Zəfər günü Bakıda yürüş olacaq

Xəbər
Bu gün, 10:49

Sosial şəbəkələrdə təhqir və böhtanla bağlı şikayətlərə hansı məhkəmələr baxır? - Hakimdən açıqlama

Xəbər
Bu gün, 10:12

Bakıda ötən ay avtobuslarla 54 milyona yaxın sərnişin daşınıb

Xəbər
Bu gün, 09:56

Bakıda avtomobil 71 yaşlı qadını vuraraq öldürüb

Xəbər
Bu gün, 09:47

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Xəbər
Bu gün, 09:47

"Omid"in rəhbəri işçisini döydüyü üçün həbs edilib

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Oxşar xəbərlər