top
Vaxtı ilə Bakının ən məşhur əyləncə məkanı olan Nizami Parkının tarixi
12 sentyabr 2023, 06:44
- ↺ +

Vaxtı ilə Bakının ən məşhur əyləncə məkanı olan Nizami Parkının tarixi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Nizami adına Mədəniyyət və İstirahət Parkı Bakının Xətai rayonunda, 8 Noyabr şosesində yerləşir.

Bu parkın tarixi XIX əsrə təsadüf edir. 1898-ci ildə “Villa Petrolea”da yaşayan Nobel qardaşları Tərəfdaşlığının işçiləri Bakıda tərəfdaşlığının müdiri K.V.Hagelinə kollektiv ərizə ilə müraciət edirlər. Müraciətdə villada bağ salmaq istədiklərini yazırlar. Bu bağı qorumaq və abadlaşdırmaq istəyən işçilər işə götürmək və işdən çıxarmaq, bütün tədbirləri görmək üçün icazə istəyirlər. Bu işləri həyata keçirməkdən ötrü onlara lazımi məbləğin ayrılmasını xahiş edirlər və üç nəfərdən ibarət komitə seçirlər. [Сад "Виллы Петролеа"- парк им. Луначарского - "Роте Фане" - им.Низами (Луна-парк). (Баку, 1898-99 г.г.) — OurBaku]

Bağın yaradılması üçün Varşavadan tanınmış mütəxəssis E.Bekle dəvət olunur. Buradakı neftlə çirklənmiş torpaq Lənkəran qəzasından gətirilmiş torpaqla əvəz olunur. Suvarma üçün isə Nobel qardaşları Həştərxandan qayıdan tankerlər vasitəsilə Volqadan şirin su gətirirlər. Bağda subtropik bölgələrdən gətirilmiş 80000-ə yaxın kol və ağac, o cümlədən meyvə ağacları əkilir. Yay aylarında villadakı tikililər yaşıllığa bürünürdü. [Шамиль Фатуллаев. Градостроительство Баку XIX - начала XX веков. Баку-1978] 248

Lakin sonralar bağ öz görkəmini itirmişdir. 1922-ci ildə ərazi park statusunu almışdır və burada bərpa işləri aparılmışdır. 1923-cü ildə buranın adı dəyişdirilərək bolşevik Lunaçarski parkı adlandırılmışdır. 1928-ci ildə isə Lunaçarski parkının ərazisində Bakının ilk zooparkı açılmışdır. [Сад "Виллы Петролеа"- парк им. Луначарского - "Роте Фане" - им.Низами (Луна-парк). (Баку, 1898-99 г.г.) — OurBaku]

1931-ci ildə park alman qəzetinin şərəfinə “Rote Fahne” (almanca Qırmızı bayraq) adlandırılır. 1941-ci ildə Almaniyanın Sovet İttifaqına hücumundan sonra parkın adı dəyişdirilir və “Nizami parkı” olur. Müharibə illərindən sonra parkda yenidənqurma işləri başa çatdırılır. Onun sahəsi genişləndirilir. Parkda açıq hovuz fəaliyyət göstərməyə başlayır. [Гасанова А. А. Сады и парки Азербайджана: история развития ландшафтной архитектуры. Баку-1996]

1990-cı illərdə parka müxtəlif attraksionlar gətirilir və ora əyləncə məkanına çevrilir. 1 iyun 2000-ci ildə Nizami adına mədəniyyət parkının ərazisində Bakı Luna Parkının açılışı baş tutur. Lakin sonralar park fəaliyyətini dayandırır və ora yararsız hala düşür. [https://media.az/read/1067759842/]

Hazırda Ağ Şəhər layihəsi çərçivəsində Nizami parkı ərazisində abadlıq işləri aparılır.

[URIS id=112540]

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər