top
Şıxəli Qurbanov: Sovet dövründə Novruz bayramının ilk dəfə keçirilməsinin səbəbkarı
20 mart 2022, 04:00
- ↺ +

Şıxəli Qurbanov: Sovet dövründə Novruz bayramının ilk dəfə keçirilməsinin səbəbkarı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Şıxəli Qurban oğlu Qurbanov 16 avqust 1925-ci ildə Bakıda anadan olub.

Orta məktəbi bitirdikdən sonra Şıxəli cəbhəyə yollanır, Böyük Vətən Müharibəsində Sankt-Peterburqdan Almaniyayadək döyüş yolu keçir. 1950-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirir, rus ədəbiyyatı müəllimi işləyir.

Şıxəli Qurbanovun bir neçə kitabı, lirik şeirləri, poemaları, hekayələri və tənqidi məqalələri çap olunub. 1966-cı ildə yazdığı “Milyonçunun dilənçi oğlu” komediyası uzun müddət teatr səhnələrində oynanılıb.

Qurbanov 1954-1955-ci illərdə Azərbaycan KP (Kommunist Partiyası) Bakı Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, 1955-1957-ci illərdə indiki Səbail rayonu partiya komitəsinin birinci katibi işləyib. O, 1957-1961-ci illərdə Azərbaycan KP Mərkəzi Komitəsinin (KP MK) təbliğat və təşviqat şöbəsinin müdiri, 1966-1967-ci illərdə Azərbaycan KP MK katibi və büro üzvü olub.   [Şıxəli Qurbanov: yazıçı-dramaturq, alim və dövlət xadimi. Mədəniyyət.- 2010.- 18 avqust.- S. 14.]

O zamanlar ölkədə məhərrəmlik, ramazan ayları, Ramazan və Novruz bayramlarının qeyd olunmasına qadağa qoyulmuşdu. 1967-ci ildə məhz Qurbanovun təşəbbüsü ilə respublika ərazisində Novruz bayramı təntənəli qeyd olunmuşdur. [Elçin Qaliboğlu. Şıxəli Qurbanovun Novruzla bağlı xidmətləri// Xalq Cəbhəsi.- 2010.- 19 mart.- S.14.]

Həyat yoldaşı Xavər Qurbanovanın xatirələrindən: “O zaman vəzifə başına keçmək istəyənlər Moskvadakıların qulaqlarını o qədər doldurdular ki, Novruz bayramı qeyd ediləndən sonra Şıxəlini ora izahat yazmağa çağırdılar. O da Novruz bayramının tarixi ilə bağlı 22 səhifəlik izahat yazdı. Sübut etdi ki, Novruz bayramı heç də dinlə əlaqəli bayram deyil...Üç dəfə həyatına qəsd olundu. Bayramdan sonra maşında gedərkən güllə atmışdılar, əlinə dəyib sıyırmışdı. Daha sonra üstünə maşın sürmüşdülər, özünü güclə ağacın dibinə atıb canını qurtara bilmişdi. Bir dəfə də zəhərləmək istəyiblər, alınmayıb...”. 

23 may 1967-ci ildə Şıxəli müəllifi olduğu “Sənsiz” dramının məşqi zamanı zalı yarımçıq tərk edir və bu sözləri deyir: ““Sənsiz”ə  mənsiz baxarsız...”. Həmin gün o, dişlərini müalicə etdirmək üçün həkimə gedir və orada vəfat edir. Həkim dişinə iynə vurarkən Şıxəli Qurbanov dünyasını dəyişir, həkim isə pəncərədən qaçır. Tibbi rəydə qeyd edilir ki, onun ölümü anafilaktik şok nəticəsində baş verib. [https://m.modern.az/az/news/240972/dord-defe-heyatina-qesd-edilen-katib-]

Şıxəli Qurbanov Bakıda, I Fəxri xiyabanda dəfn olunub.

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər