top
Xəzərin tarixində ən böyük dəniz döyüşü hesab edilən Səngi Muğan döyüşü
09 dekabr 2023, 08:00
- ↺ +

Xəzərin tarixində ən böyük dəniz döyüşü hesab edilən Səngi Muğan döyüşü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1669-cu ildə Xəzər dənizində Stepan Razinin kazakları ilə Səfəvi donanması arasında Svinoy adasının yaxınlığında döyüş baş verib. Ehtimal edilir ki, həmin ada Bakı arxipelaqına daxil olan Səngi Muğan adasıdır. Bu döyüş rusların XVII əsrdə dəniz döyüşlərində ən böyük qələbəsi və eyni zamanda Xəzərin tarixində ən böyük dəniz döyüşü hesab edilir.

Sahilboyu kəndləri talan edən Razin Bakı yaxınlığındakı Səngi Muğan adasında düşərgə salmışdı. Bu zaman Rusiya hökuməti kazak üsyanlarını yatırmaq üçün İran şahı Süleymandan kömək istəyir. O, Astrabad valisi astaralı Məmməd xanı Razini məğlub etməyə göndərir. [Шефов Николай Александрович. "Битвы России". Москва-2006]

Səfəvi əsgərləri dayaz boğazı keçərək adada kazakların əks-istiqamətində mövqe tuturlar. Ümumi yığıncaqda ölkənin qarət edilməsi nəticəsində varlanan başçılar geri çəkilmənin tərəfdarı idilər. Ancaq çoxluq təşkil edən kasıb təbəqə döyüşə girmədən getməyin utandırıcı olmasını bildirərək qərara təsir göstərirlər. Səfəvi gəmiləri bir-birinə dəmir zəncirlərlə bağlanmışdı. Onların hədəfi kazakları dövrəyə alaraq heç birinin qaçmasına imkan verməmək olmuşdur. Ancaq döyüşdə bir yanlışlıq döyüşün taleyini kazakların lehinə həll etdi.

Razin donanmanı açıq dənizə çıxarmaq istəyirdi. Səbəb isə burada kazak gəmilərinin daha çevik olması idi. Özlərini qorxub qaçan kimi nümayiş etdirən kazaklar açıq dənizə istiqamətlənirlər. Buna aldanan Səfəvi donanması kazakları təqib edir. Sahildən xeyli uzaqlaşdıqdan sonra kazaklar gəmilərini geri çevirərək güclü artilleriya atəşinə başlayırlar. [Кемпфер Э. Записки о персидском походе Степана Разина// Иностранные известия о походе Степана Разина. Материалы и исследования. Лениград-1975]

Razinin olduğu gəminin təcrübəli topçusu silahı pambıq və neftlə dolduraraq Məmməd Xanın gəmisinə yandırıcı atəş açır. Nəticədə Məmməd Xanın olduğu gəmi partlayış nəticəsində böyük zərər görür. Bir-birinin ardınca səfəvi gəmiləri kazaklar tərəfindən batırılırdı. Gəmilərin bir-birinə bağlanması manevr imkanlarını daraldırdı. Səfəvi donanmasından yalnız 3 gəmi qurtula bilmişdir. Onlardan birində isə Məmməd Xan xilas olmuşdur. [Кемпфер Э. Записки о персидском походе Степана Разина// Иностранные известия о походе Степана Разина. Материалы и исследования. Лениград-1975] [Шефов Николай Александрович. "Битвы России". Москва-2006]

Valinin oğlu və qızı əsir götürülür. Rəvayətə görə, Razin bu qıza aşiq olur, lakin sonra geriyə qayıdarkən ona çoxlu qənimət verən Volqa çayına qurban vermək qərarına gəlir və qızı çaya atır. Üzərindən 200 il keçdikdən sonra bu hadisədən təsirlənən rus şair Dmitri Sadovnikov şeir yazır. Şeirinə indiyə qədər bilinməyən bir bəstəkar tərəfindən mahnı bəstələnir. Səfəvi şahzadəsinin şərəfinə yazılan “İz-za ostrova na strejen” adlı parça hələ də Rusiyada məşhurdur. [Стрейс Я.Я. Три путешествия. Москва-1935]

[video width="1080" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/12/sequence-022.mp4"][/video]

Son xəbərlər

Xəbər
Bu gün, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Bu gün, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Bu gün, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Bu gün, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Bu gün, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Bu gün, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Bu gün, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Bu gün, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Bu gün, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Bu gün, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Bu gün, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Bu gün, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Bu gün, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Bu gün, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
Dünən, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
Dünən, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
Dünən, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
Dünən, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
Dünən, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
Dünən, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
Dünən, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
Dünən, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
Dünən, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər