AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb. Bu haqda bu gün, 25 noyabr tarixində Bakuplus.az AFFA-ya istinadən xəbər verir.
Premyer Liqanın XII turunda "Sabah"la matçda qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəza ilə üzləşən "Zirə"nin hücumçusu Vladislav Kulaçın diskvalifikasiya müddəti azaldılıb. Ona bir oyunluq cəza verilib, digər üç qarşılaşma isə şərti kimi nəzərə alınıb.
"Neftçi" ilə XIII tur görüşündə etdiyi hərəkətə görə qırmızı alan "Sumqayıt"ın baş məşqçisi Samir Abasovun 3 oyunluq cəzası və klubun 1000 manat məbləğində cərimə edilməsi qüvvədə qalıb.