Sambo Federasiyasının Nəzarət-təftiş komissiyasının sədri Şahlar Mustafayev dünyasını dəyişib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 17 noyabr tarixində xəbər verir.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov özünün Facebook səhifəsində bu barədə paylaşım edib.
Sambonun inkişafında böyük xidmətləri olan Mustafayev beynəlxalq ekstra dərəcəli hakim, Əməkdar bədən tərbiyəsi və idman xadimi idi.