Bakının Heydər Əliyev Mərkəzində 25 sentyabr tarixində “Avropa İdman Həftəsi” çərçivəsində “Be Active” devizi altında 3x3 basketbol idman növü üzrə turnir keçiriləcək. Bu haqda bu gün, 21 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Tədbir Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilir. Yarış 16-23 yaşlı idmançılar (oğlanlar) arasında baş tutacaq.
Qeydiyyat və əlavə məlumat üçün +994 51 316 18 21 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.