Bakıda oktyabrın 16-19-da gimnastikanın “TeamGym” növü üzrə Avropa çempionatı keçiriləcək. Azərbaycan Gimnastika Federasiyası çempionatın posterini təqdim edib. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az məlumat verir.
Yarışda 14 ölkədən idmançılar iştirak edəcəklər. Onların arasında 268 böyük, 230 yeniyetmə gimnast var.
“TeamGym” Avropa Gimnastikasına aid komanda qeyri-olimpiya yarış növüdür. Yarışda 3 alət üzərində çıxışlar nəzərdə tutulub: “TeamGym” xalçası, akrobatika cığırı və trampet (kiçik batut).
“TeamGym” yarışları üç proqram üzrə keçirilir: qadın, kişi və qarışıq komandalar (qadınlardan və kişilərdən ibarət olan komanda).