Bakının 1 saylı idman liseyinin badminton zalında noyabrın 19-u Lado Mehdiyevin xatirəsinə həsr olunmuş turnir təşkil olunacaq. Bu haqda bu gün, 10 noyabr tarixində Bakuplus.az məlumat verir.
Azərbaycan Badminton Federasiyasının 60 illik yubileyi çərçivəsində keçirilən tədbirə saat 10:00-da start veriləcək.
35 yaşdan yuxarı şəxslər kişi və qadınların qoşa yarışında qüvvəsini sınaya biləcəklər. Yarış iştirakçı sayından asılı olaraq qrup və ya olimpiya sistemi üzrə təşkil olunacaq.
Müraciətlər 16 noyabr tarixinədək qəbul olunur.
Ünvan: Nizami rayonu, Məhsəti, 133, 277 №-li idman təmayüllü məktəbin idman zalı. Əlaqə nömrəsi: +994 55 522 10 44.