Bakıda bu həftə keçiriləcək idman tədbirlərinin siyahısı açıqlanıb.
Gənclər və İdman Nazirliyi xəbər verir ki, Bakı şəhəri üzrə həftənin idman afişası açıqlanıb.
Cari həftə paytaxtda 14-16 yaşlılar arasında "Payız Kuboku" adlı Avropa Tennis turniri keçiriləcək. Tədbir 26 avqust - 1 sentyabr tarixləri arası baş tutacaq.