Bu gün, 4 noyabr tarixində bakıda cüdo üzrə Böyük Dəbilqə turnirinə start verilir. Bu haqda Bakuplus.az məlumat verir.
Tədbir Heydər Əliyev adına İdman Arenasında 4-6 noyabr tarixlərində keçiriləcək. İlkin görüşlər saat 11:00-da başlayıb.
Yarışın ilk günündə Azərbaycandan 13 idmançı mübarizə aparacaq. Onlardan 3 nəfər - Kəramət Hüseynov (60 kq), Leyla Əliyeva (48 kq) və Aydan Vəliyeva (52 kq) Bakı klublarını təmsil edəcəklər.
Arenaya giriş sərbəstdir.
Turniri canlı olaraq live.ijf.org saytında izləmək mümkündür.
[URIS id=77725]